Körpü çökdü, ölənlərin sayı 20-yə çatıb
Yusif Nəzərli
08:56 12.07.2025
Hadisə
352
Hindistanın qərbindəki Qucarat ştatında körpünün çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb.
AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, hadisə iyulun 11-də ştatın Vadodara rayonunda baş verib. Mahisaqar çayının üzərindəki 900 metr uzunluğunda körpünün iki dayağı arasında olan hissəsi dağılıb. Nəticədə 7 avtomobil çaya düşüb. Axtarış-xilasetmə işlərinin gedişində 20 meyit tapılıb. Hazırda axtarış işləri davam edir. Çaya düşən avtomobillərdəki adamların sayı dəqiq bilinməsə də, ən azı 2 nəfər itkin sayılır.
Körpünün çökməsinin səbəbi aydınlaşdırılır. Bununla belə yerli hökumət hadisə ilə əlaqədar 4 mühəndisi işdən müvəqqəti kənarlaşdırıb.
Ştatın birinci naziri Bhupendra Patel hadisəyə dair 30 gün ərzində detallı hesabat açıqlanacağını bildirib.
Qeyd edək ki, sözügedən körpü 1985-ci ildə inşa edilib. Mumbay-Əhmədabad magistral yolunda ödənişdən yayınmağa çalışan ağır yük avtomobilləri Vadodara və Anand rayonlarını birləşdirən yoldan istifadə edirlər. Bu da öz növbəsində yolun və onun üzərindəki körpülərin yüklənməsinə səbəb olub.
Ümumiyyətlə, Hindistanda keyfiyyətsiz və tələm-tələsik inşaat işləri tez-tez faciəli hadisələrə səbəb olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual