Baş nazir: Tbilisi Aİ-nin tələbi ilə inqilablara mane olan qanunları ləğv etməyəcək
12:43 17.07.2025
Region
328
Tbilisi Avropa İttifaqının vizasız rejimə yenidən baxmaqla bağlı ultimatumlarından qorxmur.
APA xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Kobaxidze deyib ki, Gürcüstan hakimiyyəti ölkədəki inqilablara mane olan qanunları ləğv etməyəcək.
Baş nazirin sözlərinə görə, Brüssel "Sovet Moskvası" ruhunda hərəkət etməməli, hər bir iddia əsaslandırılmalıdır və “boş ultimatumlar”dan çəkinmək vacibdir.
Hökumət başçısı qeyd edib ki, Gürcüstan üçün ailə dəyərlərini qoruyan, eyni zamanda, xarici dövlətlərin maraqları naminə fəaliyyət göstərən təşkilatların maliyyələşdirilməsinə nəzarət etməyə imkan verən qanunlar vacibdir.
Kobaxidze məhbuslarla bağlı iddiaları da şərh edib. Baş nazirin sözlərinə görə, törədilmiş hər bir cinayət faktlarla əsaslandırılıb və sübut edilib: “Bu işlərlə bağlı hər hansı hüquqi sualları varsa, buyurub hüquqi arqumentlər gətirsinlər. Əlbəttə ki, belə suallar yoxdur. Beləliklə, biz boş siyasi ultimatumlarla qarşılaşırıq ki, bu da çox kədərlidir”.
Xatırladaq ki, bundan əvvəl Avropa Komissiyası Gürcüstan XİN rəhbəri Make Boçorişviliyə bir sıra qanunların ləğv edilməsi ilə bağlı tövsiyə məktubu göndərib. Bildirilib ki, Tbilisinin reaksiyası vizanın dayandırılması mexanizmi ilə bağlı hesabata daxil ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə