
ABŞ-dən ölkəmizə səfər edənlərin sayının artması turizmlə bağlı deyil - EKSPERT
03:18 28.08.2025
Aktual
569
Bu ilin yanvar-iyun aylarında Azərbaycana 10 862 nəfər ABŞ vətəndaşı səfər edib. Bu barədə Dövlət Turizm Agentliyinin məlumatları əsasında hesablamalar aparıb. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz çoxdur. Azərbaycana gələn ABŞ vətəndaşlarının sayı 2022-ci ildə 12 301, 2023-cü ildə 16 971, 2024-cü ildə 22 927 nəfər olduğu halda, 2025-ci ilin lk 6 ayı ərzində 10.862 nəfər olub. Lakin bu ilin yanvar-iyul aylarında Azərbaycana səfər edənlərin ümumi sayında azalma müşahidə edilib.
Yanvar-iyun ayları ərzində ümumiyyətlə, dünyanın 182 ölkəsindən 1477,9 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz azdır. Səfər edənlər arasında ən yüksək faiz (26,1) Rusiya Federasiyasından gələnlərdir. Siyahıda sonrakı yerləri Türkiyə, Hindistan, İran, Səudiyyə Ərəbistanı, Gürcüstan, Qazaxıstan, Pakistan, Çin tutur. Digər ölkələrdən (İsrail, Özbəkistan, Qırğızıstan, Kanada, Almaniya və sair) gələnlər də olub. Maraqlıdır ki, 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,0 faiz artaraq 61,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,3 faiz azalaraq 237,4 min nəfər təşkil edib. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,5 faizi hava, 23,1 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Ölkəmizə səfər edənlərin ümumi sayında azalma olduğu halda ABŞ-dən gələnlərin sayındakı artım nəylə bağlıdır?
Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov qeyd etdi ki, ABŞ-dən ölkəmizə səfər edənlərin sayının artması turizmlə bağlı deyil:

- 2025-ci ilin ilk 6 ayı ərzində ölkəmizə səfər edən ABŞ vətəndaşlarının sayının artması, deməzdim ki, turizmlə əlaqədardır. Bunlar əsasən rəsmi şəxslər, siyasi məsələlərlə əlaqədar səfər edənlərdir. Son dövrlərdə baş verən siyasi hadisələrlə əlaqədar da ola bilsin, gediş-gəlişlər artıb, intensivləşmə müşahidə edilib. Hesab edirəm ki, Amerika vətəndaşlarının ölkəmizə səfərlərinin intensivləşməsi işgüzar münasibətlərin daha sıx formalaşmasıyla bağlıdır. Ölkəmizə gələn turistlərin ümumi sayı isə azalıb. Düzdür, bu, elə də böyük faiz deyil. Amma hotellərdəki doluluq göstəricisinin 40 faiz azalması da bunu təsdiq edir ki, ölkəmizə səfər edən turistlərin ümumi sayında azalma var. Belə vəziyyət regiondakı gərginliklə də bağlıdır. Regiondakı mövcud vəziyyət, Rusiya-Ukrayna münaqişəsinin davam etməsi, quru sərhədlərin bağlı olması turistlərin sayına ciddi təsir göstərir. Hazırda gərginlik davam edir. Hotellərdə doluluq faizi yenə azdır. Rusiyadan, qonşu ölkələrdən səfər edənlər arasında həmvətənlərimiz də çoxluq təşkil edir. Amma onlar əsasən qohum-əqrəba, dost evində, ya da öz şəxsi mənzillərində qalırlar. Ona görə hotellərdə doluluq faizi yüksəlmir. Regionda vəziyyət stabilləşərsə, quru sərhədləri açılarsa, bu, turistlər üçün səyahət imkanlarını artıracaq, turizm potensialımıza da müsbət təsir göstərəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kababla soyuq içkilər qəbul edənlərin diqqətinə!
03:30 15.09.2026
Sağlamlıq
Hikmət Hacıyev Fərhad Pirinççi və nümayəndə heyəti ilə görüşüb
02:50 15.09.2026
Siyasət
NYT: Pentaqonda xaos hökm sürür
02:12 15.09.2026
Aktual
Fransada benzinin qiyməti tarixi rekord vurdu
01:48 15.09.2026
İqtisadiyyat
Azərbaycanda Bilik Günüdür
01:26 15.09.2026
Elm və Təhsil
Bakının azad olunmasından 108 il ötür
00:43 15.09.2026
Tarix
Mauro İkardinin yeni ünvanı bəlli olur
23:59 14.09.2026
Futbol
Ayxan Abbasov millinin heyətini nə vaxt açıqlayacaq?
23:22 14.09.2026
Futbol
Vens: ABŞ husilərlə əlaqə saxlayır
22:41 14.09.2026
Gündəm
Putin bunu düşünməklə yanlış edir - Rutte
22:02 14.09.2026
Siyasət
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
21:48 14.09.2026
Elm və Təhsil
Netanyahu 23-25 sentyabr tarixlərində Nyu-Yorka səfər edəcək
21:20 14.09.2026
Dünya
Ukrayna Moskvanın razılaşmanı pozmayacağına dair zəmanət istəyir
20:45 14.09.2026
Dünya
“Azərişıq” ASC-nin xidmətləri “mygov”a inteqrasiya edilir
20:27 14.09.2026
Cəmiyyət
“Neftçi” Azərbaycan millisinin sabiq üzvü ilə yolları ayırdı
20:10 14.09.2026
Futbol
Ramiz Mehdiyevin məhkəməsi başlayır
19:55 14.09.2026
Hadisə