AÇG və “Şahdəniz”dən 623 mln. tona yaxın neft hasil edilib
08:15 15.11.2023
İqtisadiyyat
629
“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 noyabr 2023-cü il tarixinədək 625,7 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə AÇG-dən 581,9 mln. ton neft, “Şahdəniz”dən isə 43,8 mln. tona yaxın kondensat çıxarılıb.
“Bundan 01 noyabr 2023-cü il tarixinədək 623,7 milyon tonu ixraca nəql edilib”, - məlumatda qeyd edilib.
Məlumata görə, 2023-cü ilin yanvar-oktyabr ayları üzrə respublikada 25,3mln.ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 15 mln. tonu AÇG-nin, 3,6 mln. tonu (kondensat) “Şahdəniz”in, 0,2 mln. tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,5 mln. ton təşkil edib.
“Hesabat dövründə 21 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 18,5 mln. tonu konsorsiumun, 2,5 mln. tonu isə SOCAR-ın payına düşür”, - məlumatda bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm