
AMB-nin islahatları kibercinayətkarlığın qarşısını almaq üçün effektiv olacaq -İqtisadçı
09:26 25.04.2025
İqtisadiyyat
726
Azərbaycan Mərkəzi Bankının (AMB) “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na bir sıra dəyişikliklər edilib.
Məlumata görə, AMB-nin İdarə Heyəti sədrinin 8 aprel 2025-ci il tarixli qərarındakı yeniliklərə əsasən, elektron pul təşkilatları və ödəniş xidmətləri ilə bağlı yeni cari hesab növləri əlavə olunub.
Belə ki, fiziki şəxslər üçün bank hesablarının məsafədən açılması prosesində gücləndirilmiş elektron imza, video zəng və video çəkilişlə identifikasiya metodlarına dair tələblər dəqiqləşdirilib. Həmçinin, mədaxil əməliyyatlarına limitlər müəyyən olunub və bu limitlərdən artıq əməliyyatlar üçün əlavə identifikasiya tələb ediləcək.
Qaydaya əlavə olunan bəndlərlə banklar əvvəlki hesab sahibinin təqdim etdiyi sənədlərə güvənərək yeni hesablar aça biləcək. Bundan başqa, “SWIFT” ifadəsi “BIC” ilə əvəz olunub və bəzi texniki düzəlişlər aparılıb.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli Sherg.az-a söyləyib ki, həyata keçirilməsi nəzərdə tutulan bu islahatlar əslində bank fırıldaqçılığı və kibercinayətkarlığın qarşısını almaq üçün effektiv bir vasitədir:

“Xüsusilə də bir neçə mərhələli identifikasiya tələbi, video zənglər üzərindən maliyyə əməliyyatları və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi müsbət hal kimi xarakterizə edilməlidir. Bu müsbət tərəfləridir. Mənfi tərəfi isə ondan ibarətdir ki, mövcud infrastrukturu olmayan, yəni internet təminatı olmayan bölgələrdə bu, müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Və yaxud da yaşlı nəsildən olan insanların kiçik maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün qeyd edilən identifikasiya, video zəng tələblərinə müvafiq olaraq uyğunlaşa bilməmələri, onların bilik və savad səviyyəsinin uyğun olmaması müəyyən çətinliklərin yaranmasına səbəb ola bilər. Həmçinin burada bankların bir sıra xərcləri artacaq. Xüsusilə də süni intellekt alətlərinin tətbiqi, yeni proqramlaşdırma təminatının həyata keçirilməsi, bu sahədə yeni kadrların işə cəlb edilməsi və təlimlərin təşkili bankların müəyyən mənada xərclərini artıracaq. Ümumi mənada isə Azərbaycan bankçılığının etibar və güvəninin formalaşmasında, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində müsbət hal kimi xarakterizə edilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm