“AZAL astronomik məbləğlər qeyd edir”
Fidan Həmişəyeva
13:26 29.06.2021
İqtisadiyyat
655
Bu günlərdə Parlamentin iclasında millət vəkili Qənirə Paşayeva AZAL-dakı qiymətlərlə bağlı narazılığını bildirib. O, qiymətlərin əlçatan edilməsi üçün AZAL-a müraciət edib:
"Türkiyədən Azərbaycana gəlmək istəyən çoxlu sayda insanlar var. Hər gün sosial media hesablarımız vasitəsilə çoxlu sayda müraciətlər alırıq. Yazırlar ki, biz Azərbaycana gəlmək istəyirik, amma Türkiyədən dünyanın çox ölkəsinə biletlərin qiyməti Azərbaycandan daha ucuzdur. Azərbaycana biletlərin qiyməti niyə bu qədər bahadı? Bunu Azərbaycan vətəndaşları da söyləyir.
Deputat AZAL-a çağırış edib:
"Ona görə də mən AZAL-a burdan çağırış edirəm. Bu qiymətlərə baxılsın və bunların əlçatan edilməsi üçün addımlar atılsın”.
Məsələ ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-alim Nazim Bəydəmirli bildirib ki, AZAL dövlət büdcəsi hesabına astonomik məbləğlər qeyd edir:
“Həm də AZAL-ın rəhbərliyi müxtəlif jurnalist araşdırmalarında korrupsioner məmur kimi gündəmdədir.
Təəssüf ki, fikirləri yayındırmaq üçün Nazirlər Kabinetini büdcənin qəbulu zamanı ciddi sorğulamalı olan deputatlar sosial şəbəkələrdə müzakirə olunan məsələlərin nəticələrinə fikir bildirirlər.
Onlar səbəbləri göstərməyərək məsuliyyətdən yayınırlar və özləri də bu məsələlərdən kifayət qədər yararlanırlar.
Həmin korrupsioner məmurlardan şəxsi problemlərini həll etmək yolunu tuturlar.
Bu da ictimaiyyətə çoxdan məlumdur. Ümumiyyətlə, Azərbaycanda deputat korpusu saxtalaşdırılmış və asanlaşdırılmış formada keçirildiyinə görə, onların fikirləri ictimai əhəmiyyət daşımır. Hesab edirəm ki, neçə illərdir onların nəsə söyləməyindən asılı olmayaraq, vətəndaşlar tərəfindən ciddi qəbul edilmir.
Ən əsası hökumətin tabeliyindən və icra hakimiyyətindən asılı olan deputatlar, müxtəlif münasibətlər xatirinə mandatlar hədiyyə edilmiş şəxslərin nəsə deməsinin ictimai fikrə təsiri yoxdur.
Yəni onlar bəzən belə fikirlər səsləndirərək şəxsi piar kampaniyalarını aparırlar və guya özlərini aktiv, xalqın dərdi haqqında danışan deputat kimi qələmə verirlər.
Sosial şəbəkələrdə vacib məsələlərlə bağlı insan hüquq və azadlıqları, vətəndaşların kommunal xidmətlərinə dair insanları qayğılandıran məsələlərə reaksiya verməyən şəxslərin hansısa məsələni yenidən səsləndirməsinin əhəmiyyəti yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya