"Azərbaycan bu aydan xam neft hasilatını artıracaq"-AKTUAL
Yusif Nəzərli
12:30 10.10.2021
İqtisadiyyat
374
"Neftin dünya bazar qiymətində artımlar davam edir".
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, birjalar Brent markalı neftin bir barelini 83 dollardan baha təklif ediblər:
"OPEC+ alyansı aylıq hasilat artımının 400 min bareldən çox artırmamaqla bağlı qərarından sonra neftin qiymətində artımlar daha da sürətlənib. Bu arada Goldman Sachs neftin 1 barelinin qiymətinin dekabr ayında 90 dollara çatacağını proqnozlaşdırıb. Bankın qənaətinə görə, əgər bu qış soyuq keçərsə o zaman neftə olan gündəlik tələb əlavə 900 min barel arta bilər".
V.Bayramova görə, son 3 ildə ilk dəfə olaraq Azərbaycan neftinin hər bareli dünya bazarında 85 dollardan baha satılır:
"Aydındır ki, neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycanın valyuta gəlirlərini artırır. Belə ki, bu ilin geridə qalan aylarında neftin orta qiymətindəki artımlar ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradıb. Qeyd edək ki, Azərbaycan gündəlik xam neft hasilatının bu aydan daha 7 min barrel artıraraq 640 min barrelə çatdıracaq və ixtisarla bağlı öhdəliyin isə 78 min barrel həcmində olacaq".
Parlament üzvü qeyd edib ki, Maliyyə Nazirliyinin ilkin açıqlamalarında gələn ilin dövlət büdcəsində neftin qiymətinin hər barelinin 45 dollar nəzərdə tutulması təklif olunur:
"Bu ilin ilk 8 ayında OPEC səbətində neftin 1 barelinin orta qiyməti 65.74 dollar, avqust ayında 70.33 dollar olub. İlin sonuna doğru qiymət artımları davam edəcəyi halda 2021-ci il üçün orta illik qiymət daha yüksək ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya
Bərdədə 79 yaşlı kişi kanala yıxılaraq boğulub
11:37 31.07.2026
Hadisə
Taleh Kazimov: Valyuta hərraclarında tələb kəskin azalıb
11:28 31.07.2026
İqtisadiyyat
Estetik cərrah və anestezioloqa hökm oxunub
11:16 31.07.2026
Cəmiyyət
Lənkəranda itkin kimi axtarılan şəxsin meyiti kanalda tapılıb
10:53 31.07.2026
Hadisə
Rusiyadan açıqlama: Ermənistan Azərbaycanla əvəzlənəcək
10:45 31.07.2026
Gündəm