İsrail Prezidenti İsxak Hersoq hökuməti formalaşdırmaq vəzifəsini Yashar Partiyasının lideri Gadi Eisenkota həvalə edib.
Sherg.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, parlamentdəki 120 deputatdan 67-si Eisenkotun namizədliyini dəstəkləyib. Baş nazir Binyamin Netanyahu isə 46 deputatın dəstəyini alıb.
Eisenkotun hökuməti qurmaq üçün 28 gün vaxtı olacaq. Zərurət yaranarsa, müddət daha 14 gün uzadıla bilər.
Qeyd edək ki, oktyabrın 27-də keçirilən seçkilərdə nə hakim koalisiya, nə də müxalifət bloku hökumət qurmaq üçün tələb olunan 61 mandatı əldə edə bilib.