Azərbaycan kifayət qədər buğda ehtiyatı toplayıb
Yusif Nəzərli
04:36 18.04.2023
İqtisadiyyat
631
Qiymətlər bir neçə ay bahalaşsa da, çörəyin qiymətini stabil saxlamaq imkanları qalır
Rusiya Xarici İşlər Nazirliyi 2023-cü il mayın 18-də Ukrayna taxılının dünya bazarına çıxarılmasını nəzərdə tutan "taxıl müqaviləsi"ni uzatmaq niyyətində olmaması barədə bəyanat yayıb. Rusiya bildirib ki, ancaq onun qoyduğu şərtlər yerinə yetiriləcəyi təqdirdə bu müqavilə uzana bilər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə açıqlamasında bildirib ki, “Taxıl müqaviləsi”nin perspektivləri o qədər də parlaq deyil: “Müqavilələrin ikinci hissəsinin şərtlərinin yerinə yetirilməsi ilə bağlı vəziyyət yaxşılaşmağa meyilli deyil”.
Rusiyanın sözügedən qərarını dəyərləndirən ekspertlər isə hesab edir ki, “Taxıl müqaviləsi uzadılmasa, dünyada və ölkə bazarında taxılın qiyməti bahalaşa bilər.
Millət vəkili Rüfət Quliyev isə deyib ki, dünya iqtisadiyyatı tələb-təklif qanunu ilə idarə olunur. Yəni bazarda istənilən məhsul kifayət qədər çoxdursa, tələb təklifi üstələyirsə, qiymətlər artır. Azərbaycanın isə 1 illik taxıl ehtiyatı var: "Taxılla bağlı istənilən problemlər yaransa, dünyadakı taxıl və qida məhsulunun qiymətinə təsir edəcək. Rusiya Ukrayna ilə birlikdə dünya eksportunda taxıl, və gübrə ilə birlikdə 30 faiz payları var. Azərbaycanda elə bir siyasət qurmuşuq ki, maksimum özümüzü sığortalayırıq. Ən azı 1 ilə qədər qida ehtiyatları məhsullarımız var. Artıq biz taxılın alınması tədbirləri ilə də məşğuluq. Başqa ölkələrdən taxıl gətirilməsi ilə bağlı sazişlər var. Öz ehtiyatlarımıza görə qıtlıq hiss olunmayacaq. Azərbaycan qida ehtiyatlarının qiymətini monitorinq edir, nəzarətdə saxlayır".
İqtisadçı-ekspert Eldəniz Əmirov isə “Şərq”ə açıqlamasında deyib ki, “Taxıl müqaviləsi uzadılmasa, Azərbaycanda buğdanın qiyməti yenidən qalxacaq:
“Putinin mayın 18-dən sonra “taxıl müqaviləsi”ndən çıxmaq qərarı çox real görünür. Rusiya ABŞ qarşısında "Rosselxozbank"ın SWIFT sisteminə yenidən qoşulması, kənd təsərrüfatı texnikasının logistikasının - ehtiyat hissələrinin və servis xidmətinin bərpası, limanlara giriş qadağasının aradan qaldırılması məsələlərini tələb kimi qoyub. Amma Amerikanın bu tələbləri qəbul etməsi real görünmür. “Taxıl müqaviləsi”ndən çıxmaq isə hər iki tərəf üçün problemlər yarada bilər. Eyni zamanda taxılla bağlı problemlər yaransa, bu zaman Moskva Vaşinqtonun digər təzyiqləri ilə üzləşəcək. Ona görə də kompromisə gəlinə bilər. Məsələn, "Rosselxozbank"ın SWIFT sisteminə yenidən qoşulması və limanlara giriş qadağası saxlanıla, amma kənd təsərrüfatı texnikasının logistikasının - ehtiyat hissələrinin və servis xidmətinin bərpası mümkün ola bilər. Yox əgər kompromis əldə edilməsə və Rusiya taxıl sazışındən çıxaraq ABŞ-nin heyifini yavan çörəyə göz dikən xalqlardan çıxarsa və bunu özünə şərəf bilərsə, o zaman qiymətlərdə bir müddət böyük artımlar ola bilər”.
Rusiyanın idxalda yarada biləcəyi problemlərin Azərbaycana təsirinə gəldikdə isə E.Əmirov deyib ki, Rusiya bunu davamlı saxlaya bilməz. Bəzi ölkələrdən olan dəstələrini də itirə bilər. Bu, müəyyən zaman kəsiyində davam edə bilər. Bu müddət ərzində isə Azərbaycan üçün hər hansı ciddi nəticə gözlənilmir:
“Azərbaycan hökumətinin strateji hədəflərə nail olmaq baxımındən 2 strateji istiqaməti diğərlərindən daha uğurlu olur. Biri "Hərbi strategiya", digəri "Buğda strategiyası"dır.
"Buğda strategiyası isə ərzaq təhlükəsizliyi strategiyasının onurğa sütunudur. Bu ilin 3 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 95 faiz buğda idxal olunub.
Daha dəqiq desək, cari ilin yanvar-mart aylarında Azərbaycana 108 mln. 758 min dollar dəyərində 356 min 147 ton buğda idxal edilib. Bu da əvvəlkindən 4,2 milyon ton, pul baxımdan isə 46,4 milyon çoxdur. Hələ nəzərə alaq ki, 2022-ci ilin yanvarında da buğda idxalı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çox olmuşdu. Eyni zamanda idxal istiqamətində liderlikdə daha etibarlı hesab edilən ölkəyə doğru dəymişdi.
Buğdanın 50,1 faizi Qazaxıstandan, 49,9 faizi isə Rusiyadan idxal olunub. Yəni hazırkı qiymətlərlə Azərbaycan kifayət qədər buğda ehtiyatı toplayıb. Buna görə də buğda qiymətləri bir neçə ay bahalaşsa da, Azərbaycanın çörəyin qiymətini stabil saxlamağa imkanları vardır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol