Azərbaycan məhsulları "Amazon" və "eBay"da bazarlanacaq:“Bu inteqrasiya dövrün tələbidir”
Yusif Nəzərli
10:11 02.02.2022
İqtisadiyyat
484
“Bu platformalar həm ölkəmizin tanınması, həm də malın reklamı üçün münbit şərait yaradacaq”
Azərbaycanda istehsal olunan məhsullar "Amazon" və "eBay"da satışa çıxarılacaq. Satışlar "Azexport" portalı vasitəsilə həyata keçiriləcək. Bundan əvvəl "Azexport" həmin platformalarda hər bir istehsalçı üçün fərdi satıcı hesabının yaradılması xidmətini təqdim edib.
İlkin mərhələdə yerli istehsal olan mədəniyyət sənayesi məhsulları, həmçinin, bəzi qida malları hər iki elektron ticarət platformasına inteqrasiya olunub. Məhsullar alıcılara "Made in Azerbaijan" brendi ilə təqdim ediləcək.
Satışların əsasən ABŞ, Böyük Britaniya, Avropa və MDB ölkələri, Yaponiya, Cənubi Koreya, Çin, Honkonq, Tayvan, Sinqapur və İsrailə həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində dövlət təşkilatlarının dəstəyi ilə kiçik və orta biznes subyektlərinin ərsəyə gətirdiyi məhsullar da "Amazon" və "eBay"a inteqrasiya edilə bilər.
Məşhur elektron ticarət platformalarına inteqrasiyanın faydaları barədə "Sherg.az"a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, elektron ticarət platformalarının üstün cəhətləri çoxdur:
“Elektron ticarət platformaları yerli məhsulların satışını rahat həyata keçirmək üçün əlverişlidir. Əgər malın keyfiyyəti standartlara cavab verirsə, respublikamızda istehsal olunan məhsulların elektron ticarətə inteqrasiyası dövrün tələbidir. Spesifik topdan satış şirkəti ilə müqavilə imzalanaraq satılması onlayn satışdan geri qalır. Platformalar üzərindən isə istənilən şəxsə rahat satışı həyata keçirmək daha asandır. Böyük ticarət platformalarının alıcısı rəngarəngdir. "Amazon" və "Ebay" həm ölkəmizin tanınması, həm də malın reklamı üçün münbit şərait yaradacaq”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm