Azərbaycan məhsulları "Amazon" və "eBay"da satılacaq
Yusif Nəzərli
07:42 02.02.2022
İqtisadiyyat
1001
İlk xəbər saat 10:35-də verilib
Azərbaycanda istehsal olunan məhsullar ABŞ-ın məşhur elektron ticarət platformaları olan "Amazon" və "eBay"da satışa çıxarılacaq.
"Report" xəbər verir ki, satışlar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı vasitəsilə həyata keçiriləcək.
İlkin mərhələdə yerli istehsal olan rəsm, musiqi, ədəbiyyat və sənətkarlıq işləri kimi mədəniyyət sənayesi məhsulları, həmçinin, bəzi qida məhsulları "Amazon" və "eBay"a inteqrasiya olunub. Məhsullar alıcılara "Made in Azerbaijan" brendi ilə təqdim ediləcək. Bu, platformalarda satış proseslərinə ciddi nəzarət və yüksək keyfiyyət tələblərinin mövcud olması ilə əlaqədardır. Bundan əvvəl isə "Azexport" həmin platformalarda hər bir istehsalçı üçün fərdi satıcı hesabının yaradılması xidməti təqdim edib.
Satışların əsasən ABŞ, Böyük Britaniya, Avropa və MDB ölkələri, Yaponiya, Cənubi Koreya, Çin, Honkonq, Tayvan, Sinqapur və İsrailə həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində dövlət təşkilatlarının dəstəyi ilə kiçik və orta biznes subyektlərinin ərsəyə gətirdiyi məhsullar da "Amazon" və "eBay"a inteqrasiya edilə bilər.
Xatırladaq ki, 2021-ci ilin yanvar ayından fəaliyyət göstərən "Azexport" portalının missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi, onların daxili və xarici bazarlarda satışıdır. Portal 15 beynəlxalq elektron ticarət platformasına inteqrasiya olunub, fəaliyyətdə olduğu 5 il ərzində isə 145 ölkədən 2,72 milyard ABŞ dolları dəyərində sifariş qəbul edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Netanyahunu beynəlxalq axtarışa verir
16:46 21.08.2026
Dünya
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı