Azərbaycan və AK enerji dialoqunun üçüncü raundunu keçirəcək
10:02 11.06.2025
İqtisadiyyat
549
İyunun 13-də Azərbaycan və Avropa Komissiyası arasında yüksək səviyyəli enerji dialoqunun üçüncü raundu Brüsseldə keçiriləcək.
"Report" xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Avropa KİV-inə müsahibəsində bildirib.
O qeyd edib ki, görüş 2022-ci ildə Azərbaycan və Aİ arasında imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində keçirilir: "Danışıqlarda Azərbaycan tərəfini energetika naziri Pərviz Şahbazov, Avropa Komissiyasını isə Aİ-nin enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen təmsil edəcək".
Nazir müavini 2022-ci ildə imzalanmış memorandumun Avropaya qaz tədarükünün ikiqat artırılmasını, həmçinin “yaşıl enerji” sahəsində qarşılıqlı əlaqəni, metan emissiyalarının azaldılmasını və s. nəzərdə tutan hərtərəfli sənəd olduğunu xatırladıb.
O.Zeynalov qeyd edib ki, Azərbaycan təbii qazı artan Avropa sənayesini, xüsusilə Cənub-Şərqi Avropada dəstəkləyə bilər: “O, enerji keçidi və enerji balansının ən vacib elementidir”.
Nazir müavini Azərbaycanın 2024-cü ildə Avropaya 12,9 milyard kubmetr qaz ixrac etdiyini xatırladıb: “Azərbaycan qazının ixracı hazırda 10 Avropa ölkəsi də daxil olmaqla 12 ölkəyə, həmçinin Gürcüstan və Türkiyəyə həyata keçirilir”.
O bildirib ki, həcmlər tədricən artırılır: “Eyni zamanda, ümumi qaz ixracımızın 50 %-dən çoxu Avropaya həyata keçirilir. Boru kəməri qazının tədarükü baxımından Azərbaycan tədarük coğrafiyasına görə dünyanın aparıcı ölkələrindən biridir. Lakin biz yeni qaz yataqları baxımından daha çox tədarük etməyə hazırıq”.
Nazir müavini qeyd edib ki, hazırda Azərbaycandan təbii qaz istəyən 14 ölkə var - bu artıq tədarük edilmiş həcmlərdən əlavə 14 milyard kubmetr deməkdir.
Onun sözlərinə görə, tədarük üçün ilk resurs Azərbaycanın öz təbii qaz ehtiyatlarıdır: “Lakin gələcəkdə "əgər Xəzərin o biri tərəfindən qərar qəbul edilərsə", Türkmənistan qazı da daxil olmaqla tranzit variantları mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya