Azərbaycanda əmək müqavilələrinin ləğv edilməsinə moratorium qoyulur
15:54 23.03.2020
İqtisadiyyat
729
Azərbaycanda yeni tip koronavirus (Covid-19) epidemiyası ilə əlaqədar yaranmış vəziyyətlə bağlı əmək müqavilələrinin ləğv edilməsinə moratorium qoyulur.
APA-nın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
M. Cabbarov deyib ki, dövlət sektoruna bununla bağlı artıq göstəriş verilib: “inanırıq ki, özəl sektor biznes fəaliyyətini sosial məsuliyyətini qəbul edərək həyata keçirəcək və hər hansı işçinin əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxılmayacaq. Dövlət bir tərəfdən bu məsələni nəzarətdə saxlamaq niyyətindədir. Digər tərəfdən isə yaranmış vəziyyətin mənfi təsir etdiyi müəssisə və sahibkarlara zəruri dövlət dəstəyinin təqdim edilməsi ilə həmin yükün sahibkarla dövlət arasında bölüşməsini həyata keçiririk. Sahibkarlara da mesajım odur ki, dövlət onların yanındadır. Dövlət onların bizneslərinin qorunub saxlanması, qısa müddətdə itirdikləri dövriyyələrini bərpa etməsinə əməli dəstək verilməsi üçün addımlar atacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart tarixli sərəncamı ilə pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət