
Azərbaycanda qış turizmi niyə “axsayır”? – Səbəblər və çıxş yolları göstərildi
Yusif Nəzərli
09:21 24.01.2022
İqtisadiyyat
903
Hazırda turizm dünyada sürətlə inkişaf edən sahələrdən biridir. Bu sahə bir çox ölkə üçün biznes mahiyyəti daşıyır və dövlət büdcəsinə önəmli dərəcədə müsbət təsir göstərir. Amma Azərbaycanda turizm, xüsusilə qış turizmi tam inkişaf etməyib. Qonşu ölkələrlə müqayisə etdikdə, Respublikamızda bu sektorun necə axsadığını müşahidə edə bilərik. Vətəndaşlar bu mövsüm də istirahət üçün xarici ölkələrə üz tutur. Xaricdən gələn şəxslərin sayında da azlıq müşahidə olunur.

Azərbaycandakı turizmin hazırkı vəziyyətini dəyərləndirən iqtisadçı-ekspert Elşad Məmmədov “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbyacan iqtisadiyyatı əsasən xammal ixracatına əsaslanır:
“Bu tip struktura malik iqtisadiyyatlarda xidmət sferası, yüksək texnoloji sahələrin inkişafı bir çox hallarda problemlərlə üzləşir. Əsas pul kütləsi mədən sənayesinə, xammal və neft sektoruna xərclənir. Digər sahələrdə pul çatışmazlığı yaranır. Pul çatışmazlığı olan yerdə investisiya olmur. İnvestisiya olmasa, nə infrastruktur ola bilər, nə xidmətlərin çeşidi, nə də rəqabət mühiti. Biz bu sahədə fəaliyyət göstərən şirkətlərin, demək olar ki, hamısının eyni qurumlara, eyni imkanlı iş adamlarına məxsus olduğunu müşahidə edirik.
Ona görə də bazarda hegemon statusa malik sahibkarlar istədiyi qiyməti qoyur və qiymətlər əlçatan olmur. Şübhəsiz ki, heç bir orta statistik turist qiymətlərin 2 dəfə baha olan yerə müraciət etməz”.
Ekspert dünya miqyasında turistlərin vəziyyətindən də danışıb:
“Bütövlükdə, dünyada turistlərin sayı dünya iqtisadiyyatındakı böhranla əlaqədar azalmağa doğru gedir. Bu artıq nəinki, Azərbaycanda digər ölkələrdə də olacaq. Ona görə xaricdən böyük turist axının gəlməsi ilə bağlı proqnozlarım o qədər də nikbin deyil”.
İqtisadçı ölkədəki turizmi inkişaf etdirmək üçün çıxış yollarını göstərib:
“Turizm bazarının inkişaf etdirilməsi üçün regional iqtisadi inteqrasiya layihələrin ölkəmizdə reallaşdırılmasına ehtiyac var. Biz qonşu dövlətlərə iqtisadi əməkdaşlığımız dərinləşməsinə getsək, ordan gələ biləcək turistlərin axınını eyni dərəcədə sürətləndirərik. Bu həm sənədləşmə ilə bağlı olan məsələlərin sadələşdirilməsinə şərait yaradacaq, həm də əlavə xərclərin turistlər tərəfindən ödənilməməsi Azərbaycan turizm bazarında onlar üçün daha əlverişli şərait yarada bilər”.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət