Azərbaycanın xaricdən asılılığını azaltmaq mümkündür
07:11 19.06.2021
İqtisadiyyat
776
"Taxıl məsələsində iki önəmli faktor hələ də həllini tapmayıb"
Respublikada taxıl biçini davam edir. Bu günə qədər 315799 hektar sahədən 971 min 747 ton məhsul yığılıb. İyunun 17-nə olan operativ məlumata görə, artıq 315799 hektar sahədə biçin başa çatıb. Sahələrdən 971747 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,8 sentner təşkil edir. Ağdam, Balakən, İmişli, Saatlı, Salyan, Sabirabad, Samux və Tərtər rayonlarında arpa üzrə orta məhsuldarlıq 39 sentnerdən yuxarıdır. Bəs bu göstərici Azərbaycanın gələcəkdə taxıl ehtiyacını ödəyə biləcəkmi?
Sualımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, son zamanlar fiziki olaraq Azərbaycanda taxıl istehsalının artımı müşahidə olunur. Ekspert qeyd edib ki, amma bununla bağlı bir sıra problemlər hələ də qalmaqdadır:
"Əsasən Azərbaycanda istehsal olunan taxılın keyfiyyəti ilə bağlı problemlər var. Ölkəmizdə istehsal olunan taxılın birbaşa un məmulatlarının istehsalında istifadə edilməsi demək olar ki, mümkünsüzdür. Həm klikavin, həm də keyfiyyət problemlərinin olması dövlətimizi xaricdən buğda almağa möhtac edir. Azərbaycan daha çox Rusiya, Qazaxıstan və Ukraynadan son zamanlar buğdanın alınması ilə bağlı müqavilələr bağlamağa məhkumdur. Çünki ordan alınan taxılın keyfiyyəti daha yüksəkdir".
Ekspert vurğulayıb ki, Azərbaycanda taxıl məsələsində iki önəmli faktor hələ də həllini tapmayıb:
"Birincisi, biz xaricdən hələ də asılıyıq. Kifayət qədər böyük həcmdə xaricdən keyfiyyətli taxıl almağa məcburuq. Xaricdəki qiymət dəyişikliklərini nəzərə alsaq, bu, Azərbaycan daxilində də qiymətlərin dəyişməsinə və bahalaşmasına səbəb olur. İkincisi, Azərbaycanda istehsal olunan taxılın keyfiyyəti və kəmiyyəti, yəni həcm olaraq hər hektardan alınan taxılın məhsuldarlığı hələ də aşağı səviyyələrdə qalır. Ona görə də ölkəmizdə seleksiya işləri gücləndirilməlidir. Bundan başqa Azərbaycan torpağına uyğun olaraq daha keyfiyyətli məhsul əldə etmək üçün yeni taxıl növlərinin əkilməsinə ehtiyac var. Həmçinin, onların aqrotexniki qaydalara uyğun olaraq qulluq edilməsinə daha ciddi fikir verilməlidir. Bu problemlər həllini tapsa, bir müddətdən sonra Azərbaycanın xaricdən taxıl məsələsində asılılığı kifayət qədər ciddi şəkildə azala bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya