Bahalaşma pik həddə çatıb
Yusif Nəzərli
23:22 11.10.2021
İqtisadiyyat
607
Artıq parlamentdə də millət vəkilləri etiraza başladılar
İqtisadçı: "Büdcə ölkənin əsas iqtisadi pasportudur, təəssüf ki, qısa zaman ərzində min səhifəlik büdcə paketinin müzakirəsi effektiv ola bilməz"
Ötən gün Milli Məclisin keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib ki, Azərbaycanda büdcənin müzakirələri çox qısa keçir. Deputat təklif edib ki, büdcə müzakirələrinə ayrılan vaxt uzadılsın: “Burada olan deputatların hər birinin seçildiyi dairənin problemlərini səsləndirmək, bu məsələlərin büdcədə yer almasını istəyirlər".
S.Rüstəmxanlı eyni zamanda qiymət artımı ilə bağlı dinləmə keçirilməsini də təklif edib: “Bu, əhalini ciddi narahat edir. Qiymətlərin artmasının əsası olub-olmaması ilə bağlı yığıncaq keçirməliyik”.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanda büdcə müzakirələri çox qısa zamanda yekunlaşır. İqtisadçı qeyd edib ki, bu zaman kəsimində min səhifəlik büdcə paketinin müzakirəsi effektiv ola bilməz:
"Bu, mümkün deyil. Bəzi qonşu ölkələrin praktikasına baxanda görürük ki, aylarla davam edən büdcə müzakirələri olur. Məsələn, Türkiyədə təqribən oktyabrdan başlayır və dekabrın sonuna qədər büdcə müzakirələri olur, yəni əvvəl komissiyalarda, sonra plenar iclaslarda. Bu, Gürcüstanda da, Rusiyada da belədir. Hətta Avropa ölkələrinin əksəriyyətində də eyni praktikanın şahidi oluruq. Bu onu deməyə əsas verir ki, büdcə ölkənin əsas iqtisadi pasportu və əsas iqtisadi sənədidir. Büdcə ilə bağlı müzakirələr həm də ictimai əhəmiyyət kəsb edir. Hər birimizin həyatına təsir edən amildir. Büdcə müzakirələrinin geniş aparılması, ictimai müzakirələrin təşkil olunması, paralel olaraq parlamentdə də detallı müzakirələrin olması çox vacibdir. Ona görə də büdcə müzakirələrinə kifayət qədər zaman artırılmalı, həm də müzakirələrin keyfiyyəti yüksəlməlidir. Yəni ayrı-ayrı təkliflərin müzakirəsinə də ciddi zamanın ayrılmasına ehtiyac var".
İqtisadçı-ekspert Rauf Qarayev bildirib ki, vaxtın artırılması ilə bağlı təklif çox yaxşıdır:
"Amma təəssüf hissi ilə qeyd edim ki, bu, nəticə verməyəcək. Səbəb odur ki, bu gün Maliyyə Nazirliyinin mətbuat xidməti belə qeyri-obyektiv işləyir. Maliyyə Nazirliyinin sistemində ümumiyyətlə, problemlər mövcuddur və bunu büdcə dinləmələrinin uzadılması ilə təkcə həll etmək mümkün deyil. Ümumiyyətlə, Maliyyə Nazirliyində ciddi islahatların aparılmasına ehtiyac var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya
Bərdədə 79 yaşlı kişi kanala yıxılaraq boğulub
11:37 31.07.2026
Hadisə
Taleh Kazimov: Valyuta hərraclarında tələb kəskin azalıb
11:28 31.07.2026
İqtisadiyyat
Estetik cərrah və anestezioloqa hökm oxunub
11:16 31.07.2026
Cəmiyyət
Lənkəranda itkin kimi axtarılan şəxsin meyiti kanalda tapılıb
10:53 31.07.2026
Hadisə
Rusiyadan açıqlama: Ermənistan Azərbaycanla əvəzlənəcək
10:45 31.07.2026
Gündəm