Banklar niyə biznes yox, istehlak kreditlərində maraqlıdırlar? – Ətraflı izah
Turan
12:32 18.04.2020
İqtisadiyyat
1110
“Çünki istehlak kreditlərində faiz dərəcələri çox olur, həm də həmin kriteriyadan olan müştərilərə təzyiq göstərmək daha asan başa gəlir”
“Bu vəziyyətin də günahı Mərkəzi Bankın boynundadır. MB vaxtında üzən məzənnəyə keçsəydi, onda sahibkar milli valyuta ilə dollar almayacaqdı”
“Biz makroiqtisadi vəziyyəti qorumalıyıq. Eyni zamanda, banklar indiki şəraitdə biznesə daha böyük dəstək verməlidirlər”. Bu barədə Prezident İlham Əliyev ötən gün keçirilən müşavirədə deyib. Dövlət başçısı bankların özünüməşğulluq proqramına qoşulmasını alqışladığını qeyd edib:
“Yaxşı bilirsiniz ki, bu proqrama çox böyük tələbat var və biz nəzərdə tuturduq ki, dövlət xətti ilə on min insana vasitələri təqdim edək. İndi Dünya Bankı da buna qoşuldu. Onlar tərəfindən də vasitələr veriləcək, bizim banklar da verəcək. Çünki tələbat daha çoxdur. Təqribən 40-50 min tələb, yəni, sifariş var”. Ölkə rəhbəri vurğulayıb ki, indiki şəraitdə mikrobiznesin inkişafı qorunmalı və onlara dəstək verilməlidir.
Dövlət başçısının banklarla bağlı çağırışını “Sherg.az” dəyərləndirən iqtisadçı-ekspert, bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov vurğulanan məsələnin çox ciddi olduğunu söyləyib.
İqtisadçı bildirib ki, Prezident bu böhrandan əvvəl dəfələrlə banklarla bağlı çıxış edib:
“Dövlət başçısı bir neçə çıxışında vurğulayıb ki, banklar biznes sahələrinə kredit verməlidir. İndiki şəraitdə bu məsələ daha da aktuallaşıb. Koronavirus pandemiyasına qədər banklar ona görə biznes sahələrinə kredit vermirdilər ki, istehlak krediti onlara daha sərfedici idi. Çünki istehlak kreditlərində faiz dərəcələri çox olurdu, həm də həmin kriteriyadan olan müştərilərə təzyiq göstərmək daha asan başa gəlirdi. Lakin sahibkara və güclü biznesmenə sıravi vətəndaş kimi təzyiq göstərmək qeyri-mümkündür. Məsələnin digər tərəfi isə odur ki, bugün ölkəmizdə ödəniş qabiliyyəti güclü olan sahibkarlar elə də çox deyil. Banklar əsasən bu səbəblərdən kredit vermirdilər”.
Ekspertə görə, indi isə tamam başqa səbəblər meydana çıxıb:
“Bankların ümumiyyətlə pulu yoxdur. Mərkəzi Bank digər banklara kredit verməyi demək olar ki, dayandırıb. Ona görə ki, Mərkəzi Bank sahibkarların banklardan aldığı kreditlərlə dollar almasından və bunun devalvasiyaya səbəb ola biləcəyindən çəkinir. 2015-ci ildə devalvasiya ona görə oldu ki, hamı dollar almağa başladı. Prezident də çıxışında bu məqama toxundu. İndi Mərkəzi Bank əmin deyil ki, sabibkar aldığı krediti dəqiq hansısa biznes sahəsinə yatıracaq ya yox. Lakin bu vəziyyətin də günahı MB-ın boynundadır. Əgər Mərkəzi Bank vaxtında üzən məzənnəyə keçsəydi, onda sahibkar milli valyuta ilə dollar almayacaqdı. Çünki biznesmen biləcəkdi ki, neftin qiymətinin qalxıb-düşməsi manatın da dəyərinin yüksəlməsinə və ya enməsinə səbəb olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya