Bədbin proqnoz:“Manatın dəyəri ucuzlaşmaqdadır”
Yusif Nəzərli
13:03 24.01.2022
İqtisadiyyat
822
“Əlbəttə ki, bütün proseslər gələcək üçün arzular və planlamalar yaradır ki, manat “üzən məzənnə” rejiminə keçsin və inzibati yollarla yox, öz-özünü tələb - təklif əsasında tənzimləsin”
“Lakin bu haqda hələ ki, ciddi siqnallar yoxdur. Hesab edirəm ki, yaxın zamanda manatın məzənnəsində elə də ciddi dəyişiklik müşahidə etməyəcəyik”
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, ölkədə bəzi banklar dolların satışını dayandırıb. Bir çox insan bu halla rastlaşdığını və səbəbini öyrənmək istədiyini bildirib.
Məsələ ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Eyyub Kərimli belə hallarla rastlaşmadığını bildirib:
“Mən də bununla bağlı istehlakçı kimi banklara müraciət etmişəm. Amma belə hallarla rastlaşmamışam. Bəzi hallarda banklar dolların bitdiyi deyib və daha sonra yaxınlaşmağımı istəyib. Mən də həmin vaxt gəlib, istədiyim əməliyyatı həyata keçirmişəm”.
İqtisadçı bu kimi halların baş verməsinə səbəb olacaq amilləri açıqlayıb:
“Anladığıma görə, əhali arasında təşviş yaranıb. Vətəndaşların dollara marağı artıb. İnsanlar vəsaitlərini xarici valyutaya dəyişmək istəyirlər. Bu banklarda dolların bitməsinə səbəb ola bilər. Amma hazırda banklarda dolların satışında əhəmiyyətli məhdudiyyət görmürəm.
Digər tərəfdən, Mərkəzi Bankın son məlumatlarına əsasən, bankların özü də dollar alışına olan tələbatını artırıblar. Bu da görünür ki, onların Yeni İldən qabaq biznes strukturlarına ayırdığı dollar vəsaiti ilə bağlıdır. Bildiyimiz kimi, Yeni İldən öncə biznes strukturları ölkəyə müəyyən məhsulları daha çox idxal edirlər. Buna görə də dollara tələbat arta bilər”.
Ekspert manatın məzənnəsinin və dəyərinin ucuzlaşma ehitamlından danışıb:
“Hazırda manatın ucuzlaşmasının iqtisadi əsasları yoxdur. Çünki neftin qiyməti artıq 90 dolları ötüb. Digər tərəfdən bizim valyuta ehtiyatlarımız 53 milyard manatdır. Həmçinin dollara olan tələbat da ödənilir. Lakin onu da qeyd etmək istəyirəm ki, hazırda manatın dəyəri ucuzlaşmaqdadır.
Aparılan araşdırmalara göstərir ki, manat 2015-2016-ci ilə nisbətən alıcılıq dəyərini azaldıb. Tutaq ki, bu gün 150 manata aldığımız məhsulu 2011-ci ildə 100 manata və ya daha aşağı qiymətə alırdıq. Bu manatın dəyərində ucuzlaşma baş verdiyini göstərir.
Bu da, ölkədə manatın dövriyyəsinə olan müəyyən təzyiqdən yaranır. Lakin bizdə “üzən məzənnə” olmadığından və Mərkəzi Bankın manatı inzibati yollarla tənzimlədiyindən, hazırda bu haqda birbaşa nəsə söyləmək çətindir. Lakin sadaladığım problemlər var, manatın dəyərinin aşağı düşməsi mövcuddur.
Əlbəttə ki, bütün proseslər gələcək üçün arzular və planlamalar yaradır ki, manat “üzən məzənnə” rejiminə keçsin və inzibati yollarla yox, öz-özünü tələb - təklif əsasında tənzimləsin. Lakin bu haqda hələ ki, ciddi siqnallar yoxdur. Hesab edirəm ki, yaxın zamanda manatın məzənnəsində elə də ciddi dəyişiklik müşahidə etməyəcəyik”
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət