"Bitcoin"in qiyməti 77 min dollara yaxınlaşıb

Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub.

525.az xəbər verir ki, “Bitcoin” son 24 saatda 0,12% bahalaşaraq 76 980,26 ABŞ dollarına yüksəlib.

“Ethereum” sutka ərzində 1,08% bahalaşaraq 2 435,41 dollara, BNB 1,06% artaraq 696,92 dollara çatıb.

Daha yüksək artım “Zcash” və “Bittensor”da qeydə alınıb. “Zcash” son 24 saatda 6,99% bahalaşaraq 833,07 dollara, “Bittensor” isə 7,76% artaraq 234,57 dollara yüksəlib. “Monero” 3%, “Bitcoin Cash” isə 0,66% ucuzlaşıb.