Bölgəyə çoxlu etnik və ərazi "minaları" basdırılıb
Yusif Nəzərli
06:16 01.02.2022
İqtisadiyyat
536
Natiq Cəfərli: "Yaxın gələcəkdə dünyanın ən “qaynar” nöqtələrindən biri məhz Orta Asiya olacaq"
“Orta Asiya qaynayır, yaxın gələcəkdə dünyanın ən “qaynar” nöqtələrindən biri məhz Orta Asiya olacaq”. Bunu ReAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib. Partiya təmsilçisi qeyd edib ki, rus imperiyası və onun təbii, hətta ideoloji uzantısı olan SSRİ həmin bölgədə çoxlu etnik və ərazi “minaları” basdırıb: “Rusiya istənilən an bir-bir o “minaları” partlada bilər. Xəritəyə diqqətlə baxsaq görərik ki, Orta Asiya respublikaları ərazisində 8 anklav var.
Tacikistana məxsus Karakçay anklavı Qırğızıstanda, Sarvak anklavı isə Özbəkistandadır. Qırğızıstanın Özbəkistan ərazisində Barak, Özbəkistanın isə Qırğızıstan ərazisində Canqayıl, Çon-Qara və Şahmərdan anklavları var. Belə qarışıq anklavlar sistemini yaradıb “minalar” basdırmaq ancaq şeytani düşüncənin ağlına gələ bilərdi.
Basdırılmış “minalar” istənilən an partladıla bilir.
Rusiya istənilən an orada vəziyyəti qarışdıra, özü də ağ at belində “xilaskar” kimi görsənə bilir. Qırğızıstan xalqı və hakimiyyəti son Qazaxıstan hadisələrindən çox narazı qaldı. Hətta KTMT-nin onlayn toplantısına Qırğızıstan prezidenti qatılmadı. Bəyan etdi ki, KTMT-yə qatılmayacaq. Belə bir niyyəti yoxdur. Bu da Putinin xoşuna gəlmədi”.
N.Cəfərliyə görə, İstanbulda Türk Dövlətləri Təşkilatının təsis edilməsi, Orta Asiya Türk respublikalarının orada aktiv iştirakı Kremldə ciddi qıcıq doğurub:
“Rusiya bölgənin tək sahibi olduğunu hər fürsətdə göstərməyə çalışır və çalışacaq. Daha bir maraqlı detal Çin faktorudur. Çinin bölgəyə təsiri sürətlə artır, ekspansiyası güclənir. Rusiya indi elə bir ağır durumdadır ki, Qərbə qarşı Çinə möhtacdır. Ona görə də açıq şəkildə Çinin o bölgənin “yumşaq istilasına” səsini çıxara bilmir. Birbaşa Çinə nəsə deyə, irad bildirə bilməyən Rusiya toqquşmalarla mesaj verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm