Brent markalı neftin qiyməti 115 dolları keçib

Londonun ICE birjasında 2026-cı ilin mayında çatdırılmaq şərtilə Brent markalı xam neftin fyuçersləri 115 dolları keçib.

Teleqraf xəbər verir ki, Brent markalı neftin qiyməti 7,17% artıb.

2026-cı ilin may ayında çatdırılma şərtılə WTI xam neftinin fyuçerslərinin qiyməti 0,04% artaraq barel üçün 95,50 dollara çatıb.