Son xəbərlər

“Brent” neftinin qiyməti yenidən 94 dolları ötdü

Londonun ICE birjasında “Brent” markalı xam neftin fyuçerslərinin qiyməti 94.39 dollar təşkil edib.

Teleqraf xəbər verir ki, “Brent” markalı neftin qiyməti 0.65% artıb.

Eyni zamanda, WTI markalı neftin fyuçersləri də 0.26% bahalaşaraq bir barel üçün 87.06 dollar olub.