Bu il kənd təsərrüfatı ciddi sınaq qarşısındadır
13:22 28.04.2023
İqtisadiyyat
508
Bir neçə gün əvvəl müşahidə olunan güclü yağış və dolu Cəlilabad rayonunda çiyələk sahələrinə zərər vurub.
Yerli sahibkarların məlumatuna görə, havanın qeyri-sabit keçməsi çiyələk kollarını və meyvələrini zədələyib. Buna görə də çiyələk sahələrini sığorta etdirməyən bəzi sahibkarlar çətin duruma düşüblər. Fermerlər bildiriblər ki, güclü külək və dolu nəticəsində artıq sahələrdə meyvələr sürətlə çürüməyə başlayıb.
Qeyd edilib ki, təbiət hadisəsi nəticəsində kolların üzərində həm yetişmiş, həm də kal meyvələr məhv olublar. İndiyədək mövsüm zamanı əlverişsiz hava şəraiti ilə qarşılaşmadıqlarını söyləyən sahibkarlar əkin sahələrini sığorta etdirmədiklərini bildiriblər. Ona görə də bu mövsümün zərərlə başa çatacağı ehtimal edilir.
Məsələ ilə bağlı Cəlilabad Rayon Dövlət Aqrar Mərkəzindən bildirilib ki, baş verən qasırğa və yağan dolu çiyələk təsərrüfatına ciddi ziyan verib.
Qeyd edilib ki, yetişmiş məhsul kol üzərində çürüyərək yerə tökülür. Məlumatda bunun çiyələyin qiymətinə təsir göstərəcəyi vurğulanıb.
Maraqlıdır, qeyri-sabit hava şəraiti kənd təsərrüfatının ayrı-ayrı sahələrinə necə təsir göstərir?
Kənd Təsərrüfatı üzrə ekspert, iqtisadçı Cəfər İbrahimli “Sherg.az”a açıqlamasında deyib ki, kənd təsərrüfatının inkişafı bir növ iqlimdən asılıdır. Bu səbəbdən intensiv yağışlar, xüsusən də dolu mövsümi məhsulların keyfiyyətinə, həm də istehsal həcminə mənfi təsir edəcək. Əslində təbiət hadisələrinin kənd təsərrüfatına ziyanı həmişə olub. Ən inkişaf etmiş ölkələrdə də bu hallar olur. Xüsusən də ölkəmizdə hər ilin bu dövrü, yəni aprel-may aylarında intensiv yağışlar və dolu yağır. Əgər yağışlar uzunmüddətli intensiv xarakter daşıyarsa, bu hal bəzi bitkilərə zərər verə bilər.
Lakin bu dövrdə yağan yağışın bir çox kənd təsərrüfatı bitkilərinə xeyri var. Belə yağışların yağması torpaqda rütubəti artırır və nəticədə əkinçilik məhsulları yaxşı inkişaf edir: “Hazırda yazın əkinlərinin mövsümüdür. Qarğıdalı, günəbaxan, pambıq kimi bitkilər üçün indiki yağışlar xeyirlidir. Taxılçılıq üçün də bu yağışlar əhəmiyyətli dərəcədə xeyirlidir. Bağçılıq təsərrüfatlarında erkən oyanma mərhələsində olan meyvələr üçün intensiv yağışlar zərərlidir. Mayalanma prosesində yağan yağış məhsuldarlığın aşağı düşməsinə səbəb olur”.
Ekspertin sözlərinə görə, kənd təsərrüfatı üçün ən riskli faktor dolu yağmasıdır və bu təbiət hadisəsi çox təhlükəlidir. Cəlilabadda çiyələk sahələrinə ziyan dəyməsi də birbaşa dolu ilə əlaqədardır. Dolu bütün bitkilər üçün təhlükəli təbiət hadisəsidir. Amma nəzərə alaq ki, Azərbaycanın bir çox ərazilərində çiyələk sahələri var və dağlıq ərazilərdə daha gec yetişir. Ona görə də çiyələklə bağlı bir qıtlıq yaranacağını güman etmirəm. Cəlilabadda məhsuldarlıq aşağı düşsə də, digər ərazilərdəki məhsuldarlıq bu ziyanı kompensasiya edə bilər”.
“Qiymət artımına gəldikdə isə indiki mövsüm elədir ki, hələ kənd təsərrüfatı məhsullarının kütləvi istehsalı başlamayıb və onlar bazara çıxmayıb. Sadəcə satıcılar yaranmış vəziyyətdən istifadə edirlər”,- deyə ekspert əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alyaska sahillərində güclü zəlzələ baş verib
15:25 25.04.2026
Hadisə
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
15:11 25.04.2026
Futbol
Müğənni Elçin Cəfərov artıq dəvətlərə qatılmayacaq
14:58 25.04.2026
Şou
Xankəndidə üç marşrut xətti istifadəyə verilib
14:27 25.04.2026
Qarabağ
"Meyxanaçılar buna görə pis vərdişlərə qurşanır" - Vüqar Əbdülov
13:51 25.04.2026
Şou
Meloni İspaniyanın NATO-dan çıxması ehtimalına münasibət bildirdi
13:41 25.04.2026
Dünya
Sabah Azərbaycanda 24 dərəcəyədək isti olacaq
13:32 25.04.2026
Ekologiya
Joze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq?
13:14 25.04.2026
Futbol
Gürcüstanda emiqrantların və immiqrantların sayı azalıb
12:55 25.04.2026
Dünya
"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi" - Nərgiz
12:39 25.04.2026
Şou
Bığları ilə gündəm oldu - “Yaraşdığı üçün uzatdım”
12:23 25.04.2026
Cəmiyyət
Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
12:17 25.04.2026
Ekologiya
ABŞ-İran görüşü baş tutacaqmı? - Ən böyük maneə açıqlandı
11:30 25.04.2026
Gündəm