Culfada zibil emalı zavodu tikmək daha effektivdir - İqtisadçı-ekspert
09:48 08.08.2021
İqtisadiyyat
724
Naxçıvanda yerli xammala əsaslanan yun tədarükü və iplik istehsalı müəssisəsi yaradılır. Bu istiqamətdə dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində “Yun iplik istehsalı” sahəsinin yaradılması məqsədilə layihənin hazırlanması işləri davam etdirilir.
Həmçinin, gübrələrin baha olması təsərrüfat sahiblərini alternativ üsulları tətbiq etməyə vadar edir. Bu üsullardan biri də kompostlardan istifadə etməkdir. 2021-ci ilin ikinci rübü ərzində dövlət maliyyə dəstəyi hesabına Culfa rayonunda kompost və torf istehsalı sahəsinin yaradılması məqsədilə bir sahibkarlıq subyektinə 30 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlama verib. O, ilk olaraq qeyd edib ki, kompost heyvan və bitki tullantılarından alınan gübrədir. Ekspert diqqətə çatdırıb ki, bu üsuldan istifadə əslində effektivdir:
"Bu gübrə heyvanın təzəyindən, meyvələrin və tərəvəzlərin, yeyinti, ağac tullantılarından, solmuş və qurumuş yarpaqlardan, su bitkilərindən, saralmış və lazım olmayan qəzet kağızlarının xırda kəsilmiş hissələrindən alınır. Bunun effektiv hazırlanması üçün karbon, azot, oksigen, su lazımdır. Əsasən belə gübrələr zibil emalı zavodlarında hazırlanır. Hesab edirəm ki, Culfada zibil emalı zavodu tikmək bundan daha effektivdir. Bu zavod müasir üsulda tikilsə Naxçıvan Muxtar Respublikasının özünə xeyir verər. Dövlət tərəfindən maliyyə vəsaiti buraxılması hesab edirəm ki, əlverişli deyil. Zibil emalı zavodu tikilsə onun effekti bu sahələr üçün əlverişli olacaq. Bundan əlavə, həmin zavodda təkrar emal prosesini İsveç texnologiyası üzrə aparmaq olar. Təsəvvür edin ki, İsveçdə kimin hətta lazımsız uşaq oyuncaqları varsa, onu zavoda gətirib təhvil verir. Zavod isə onu təkrar emal edir və ya yaxşı vəziyyətdədirsə daha ucuz qiymətə satışa buraxır".
R.Qarayev əlavə edib ki, zavodun tikilməsində ən çətin məqam onun filtirasiya, yəni havaya buraxılan tüstünün faizinin azalması prosesidir:
"Hesab edirəm ki, qeyd olunan məqamlar nəzərə alınsa Naxçıvan öz gəlirlərini artırmaqla bölgə üçün daha əlverişli vəziyyətə sahib olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya