Dollara tələb 60 faiz artıb
Yusif Nəzərli
09:40 14.01.2022
İqtisadiyyat
397
Məzənnənin son 3 ildə olduğu kimi 1,7 manat həddində qalacağı sual altındadır
2022-ci ildə dolların məzənnəsinin son 3 ildə olduğu kimi 1,7 manat həddində qalacağı sual altındadır. Ötən ilin oktyabr ayında Mərkəzi Bank sədri demişdi ki, manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. Xatırladaq ki, FED-in 2022-ci ilin ilk iclası yanvar ayında keçiriləcək. Qurum ötən ilin dekabr ayında uçot dərəcəsini 0-0,25 səviyyəsində saxlayıb. Yeni qərar 25-26 yanvar tarixlərində keçiriləcək ilin ilk toplantısından sonra ictimaiyyətə açıqlanacaq. İkinci iclas martın 15-16-da, üçüncü iclas isə 3-4 may tarixlərində keçiriləcək. Məlumat üçün deyək ki, son günlər Azərbaycanda dollara tələbin artması müşahidə olunmaqdadır.
Millət vəkili Vüqar Bayramov deyib ki, adətən maliyyə ilinin sonunda dollara tələb artır. Deputatın sözlərinə görə, dekabrda dollara tələbin artması ənənəvi valyuta tələbi ilə bağlı idi:
“Pandemiyaya rəğmən, yenə də xarici səfərlərin sayı az deyildi. Bir sıra dövlət və özəl qurumlar xarici borc öhdəliklərini yerinə yetirirlər və bayramlarla bağlı olaraq idxala tələb artırdı. Bununla yanaşı, ilin birinci ayı adətən dollara tələb optimal olur. Amma bankların alış kursunu artırması göstərir ki, bəzi bankların özündə dollar tələbi yüksəlib. Daha yüksək alış kursu isə bazardan daha çox dollar cəlb etməyə xidmət edir. Bununla belə, dolların nağd satış kursunun ciddi dəyişməməsi isə ondan xəbər verir ki, biznesdən kənar valyuta tələbi hələlik yüksək deyil. Dolların alış kursunun artması manatın məzənnəsinin dəyişməsinə gətirib çıxa bilərmi? Azərbaycanda üzən valyuta rejiminə keçid başa çatmadığı üçün manatın kursu birbaşa Mərkəzi Bankın intervensiyası ilə müəyyənləşir. Yəni üzən valyuta sistemlərində məzənnəni bazar təklifinə uyğun proqnozlaşdırmaq olur. Amma əgər kurs fiksdirsə, o zaman dəyişikliklər birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olur. Artıq Mərkəzi Bank yanvar ayının geridə qalan günlərində 2 hərrac təşkil edib. Yanvarın 6-da keçirilən hərracda 114.1 milyon dollar satılıb. Yanvarın 11-də təşkil olunan hərracda isə tələb 113.1 milyon dollar olub. Yəni bu ilin ilk 11 günündə Mərkəzi Bank 227.2 milyon dolların satılmasını təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin ilk 11 günündə Mərkəzi Bank cəmi 137 milyon dollar satmışdı. Bu isə ondan xəbər verir ki, bu ilin geridə qalan günlərində ötən ilin uyğun dövrü ilə müqayisədə dollara tələb 60.0 faiz artıb”.
Parlament üzvü vurğulayıb ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlardan biri də ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir:
“Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Bütün bunlarla yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Mərkəzi Bankın qərarından asılıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya