
Ekspert: Təbii qaz qiymətləri gələcəkdə də yüksək olmayacaq
09:43 15.05.2024
İqtisadiyyat
1114
Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Avropada təbii qazın orta qiyməti üzrə proqnozunu açıqlayıb.
“APA-Economics” , "ING Group"a istinadən xəbər verir ki, qurum 2024-2025-ci illər üçün TTF indeksi (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın qiyməti ilə bağlı proqnozunu dəyişməyib və müvafiq olaraq 28 və 29 ABŞ dolları səviyyəsində (elektrik enerjisi ekvivalentində - MVt-saat üçün) saxlayıb.
Bununla yanaşı, "ING Group" Avropada qazın qiyməti üzrə 2026-ci il üçün proqnozunu açıqlayıb. Belə ki, qeyd olunan göstəricinin 28 dollar səviyyəsində olacağı ehtimal olunur.
"ING Group"un hesablamalarına əsasən, 2023-cü ildə Avropada təbii qazın qiyməti bir MVt-saat üçün 41 dollar təşkil edib, bu da 2024-cü il üçün verilən proqnoz göstəricidən 31,7% çoxdur.
Xatırladaq ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev “Sherg.az”a bildirib ki, hazırda Avropa və Asiya bazarları kifayət qədər təbii qaz dəhlizləri ilə təchiz olunur:
“Asiya, Amerika, Avropa enerji bazarlarında təbii qaz ilə bağlı problem yoxdur. Qarşıdakı aylarda da təbii qaz qiymətlərində güclü dəyişikliklər olmayacaq. Həm yaxın Şərqdə, həm də Avrasiya regionunda geosiyasi vəziyyət gərgin olmasına baxmayaraq, enerji axın xəttləri təchiz altındadır. Digər tərəfdən təbii qaz xidmətləri nə Asiya bazarlarında, nə də Avropa bazarlarında elə də yüksəs həddə deyil. Təbii qaz qiymətlərinə təsir edən əsas tələb təklif balansıdır. Hazırda fiziki bazarlar güclü və möhkəmdir. Yəni tələbata uyğun qaz həcmləri mövcuddur. Azərbaycan qazının əsas satış bazarı Avropadır. Ona görə də biz bütün təbii qaz xidmətlərinin yaxın və uzağı əhatə edən proqnozlarında Avropa qaz bazarlarındakı ümumi vəziyyəti xarakterizə edirik. Hazırda Avropada yeraltı qaz anbarlarında aktiv qaz ehtiyyatı 64 faizdən yuxarıdır. Bu isə təxminən milyard kub metrdən yuxarı qaz deməkdir. Dünyada sənaye aktivliyi aşağıdır. İstehsal aktivliyinin aşağı olması isə təbii qaz xidmətlərinə mənfi təsir göstərir. Avropada Metallurgiya sənayesi, sement zavodları və neft-kimya zavodları ya layihə gücündə işləmir, ya da layihə gücünün 30-40 faizi civarındadır. Ona görə də təbii qaza olan tələbat aşağıdır.

Ekspert vurğulayıb ki, təbii qazın qiymətlərinə təsir edən ikinci amil ekoloji tələblərdir:
"Avropada günəş, külək elektrik stansiyalarından əldə olunan enerji bazara daxil olur. Hazırda isə enerji terminalındakı 165 texnoloji xətt üzərindən mayeləşmiş təbii qaz istehsal edilir. Yaxın gələcəkdə bunların sayı kəskin şəkildə artacaq. Enerji terminalları artdıqca isə təbii qaz qiymətlərində dinamika bir o qədərdə müşahidə edilməyəcək. Qaz satan ölkələr uzun müddətli müqavilələrə maraqlıdırlar. Əvvəllər təbii qaz qiymətləri müəyyən edilərkən əsas meyar kimi neftin qiyməti götürülürdü. İndi isə təbii qazın qiymətləri spot bazarlarda müəyyənənləşdirilir. Avropada təbii qaz qiymətlərinə təsir edən amillərdən biri də Almaniyada elektrik enerjisinin qiymətidir. O qiymətlə Avropada təbii qaz qiyməti təyin olunur. Azərbaycanın Gürcüstana və Türkiyəyə satdığı təbii qazın qiyməti ilə Yunanıstana və İtaliyaya satılan qiymət arasında fərq var. Yunanıstan və İtaliyaya daha yüksək qiymətə təbii qaz satırıq. İstənilən həcmdə bazara çıxardığımız təbii qazın satışında problem görmürük. Əsas məsələ təbii qaz qiymətləridir. Bu qiymətlər gələcəkdə elə də yüksək olmayacaq.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya