
«Əlilliyin verilməsindəki çətinliklər daha tez həllini tapacaq»
Yusif Nəzərli
14:32 10.06.2022
İqtisadiyyat
551
Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliyinin qiymətləndirilməsi, reabilitasiya xidmətləri və vasitələri ilə təminatı, əlillik sahəsində tətbiq olunacaq yeni meyarlara dair mətbuat konfransı keçirilib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov qeyd edilən istiqamətlərdə görülmüş işlərdən danışıb.
Sədr bildirib ki ,artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub.Ümumilikdə son 3 ildə 160 mindən çox əlillik təyinatı verilib. 2021-ci il və cari il ərzində 91 min şəxsə əlillik təyin edilib. Təkcə bu ilin 5 ayında əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox - 30 min şəxsə əlillik təyin edilib.
A.Bayramovun sözlərinə görə qazilərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında nazirliyin son illərdə müasir tələblərə uyğun qurularaq təchiz olunmuş 12 reabilitasiya müəssisəsi bu sahədə mühüm potensial rolunu oynayır:
«Mərkəzlərdə postmüharibə dövründə 2500 qaziyə səmərəli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib.44 günlük Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 qazinin, ümumilikdə 300 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı proqramı uğurla icra olunub.
Postmüharibə dövründə 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunub.
Konfransda diqqət çəkən məsələlərdən biri də , 2022-ci il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində tətbiq olunacaq yeni meyarlar olub. Qeyd edilib ki, yeni meyarlara əsasən, əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndiriləcək. Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrədi insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək. Bu yeni qaydaların qazilərin və əlillərin yararına olub- olmaması sosial medianın marağ dairəsinə səbəb olub.

Bu qaydalarda kı, əsas məqsədin əlilliyin verilməsi sistemini beynəlxalq praktikaya uyğunlaşdırmaq olduğunu deyən Millət vəkili Vüqar Bayramov "Sherg.az"a bildirib ki, bu islahatlar həssas qrupu təmsil edən vədəndaşlarımızın əlilliklə daha tez təmin olunmasına şərait yaradacaq:
"İnkişaf etmiş ölkələrdə, eləcə də Ümümdünya Səhiyyə Təşkilatının tövsiyyələrində əlillik dərəcəsinin əmək fəaliyyətinin itirilməsinə uyğun olaraq verilməsi təklif edilir.
Burada orqanizmində baş vermiş dəyişikliklər və əlilliyə səbəb olan amillər nəticəsində qiymətləndirmənin aparılması nəzərdə tutulur. Bu sahədə müşahidə edilən hazırkı çətinliklər daha tez həllini tapacaq.
Biz eyni zamanda əlilliyin verilməsi ilə bağlı struktur islahatların genişləndirilməsini təklif edirik. Sözügedən islahatların aparılması prioritetdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə