“Əsas məsələ özəl sektorun Qarabağa ayaq açmasıdır”
Yusif Nəzərli
08:04 25.04.2023
İqtisadiyyat
440
“Yaxın gələcəkdə qarşımızda duran əsas məsələ işğaldan azad edilmiş ərazilərimizin bərpası və özəl sektorun Qarabağa ayaq açması ilə bağlıdır”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda nazirliyin, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafı” mövzusunda konfransa videomüraciətində bildirib.
“Bu proses bizim vətəndaşlarımızın böyük qayıdışı ilə üst-üstə düşür. Bir sıra rayon və şəhərlərin Baş planları artıq təsdiq edilib, baza infrastrukturun yaradılması istiqamətində işlər tam gücü ilə davam etdirilir. Eyni zamanda, sahibkarlarımızı və investorları Qarabağa investisiya yatırmağa və biznes qurmağa bir daha dəvət edirəm. Dövlət bu məqsədlə zəruri dəstəyi təmin edir və bundan sonra da edəcək.
“Araz Vadisi İqtisadi Zonası” və Ağdam sənaye parklarında sahibkarlar üçün əlverişli şərait yaradılıb. İşğaldan azad olunan ərazilərimiz üçün vergi güzəştləri təsdiq olunub. Bu tədbirlər işğaldan azad olunan ərazilərimizə sərmayələrin cəlbinə, sahibkarlığın inkişafına və əhalinin sosial təminatının daha da gücləndirilməsinə xidmət edəcək. Bütün bunlar bir daha göstərir ki, dövlət daim sahibkarın yanındadır və biz nəticəyönümlü tədbirlər, effektli dəstək və güzəşt mexanizmləri ilə özəl sektorun davamlı və etibarlı inkişafına nail oluruq”, - deyə o qeyd edib.
Nazir deyib ki, qarşıya qoyulmuş hədəflərə nail olunmasında özəl sektordan gözləntilər böyükdür:
“Çünki sahibkarlar dövlətin sütunudur. Azərbaycanın inkişafında şəffaf işləyən sahibkarların böyük rolu var. Onlara təşəkkür edirik. Ümumilikdə, sahibkarlarımız daha fəal təşəbbüslər göstərmək və investisiya yatırmaqla yanaşı, dövlətin artan dəstəyi fonunda fəaliyyətini korporativ sosial məsuliyyətə uyğun qurmalı, şəffaflıq prinsiplərinə daim sadiq qalmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə