"2026-cı il dövlət büdcəsi Azərbaycan dövlətinin gücünü, qüdrətini, sabitliyini, dinamik inkişafını, sosial məsuliyyətini və gələcəyə hədəflənmiş siyasətini özündə əks etdirən mühüm sənəddir".
"Sherg.az" xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Günay Ağamalı deyib.
O qeyd edib ki, Böyük Qayıdış, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma prosesləri, milli iqtisadiyyatın modernləşdirilməsi, enerji təhlükəsizliyinin qlobal miqyasda genişləndirilməsi büdcənin mahiyyətini müəyyən edən əsas prioritetlərdəndir:
"2026-cı il büdcəsinin ən mühüm xüsusiyyətlərindən biri də sosial yönümlülüyün daha da gücləndirilməsidir. Əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması, şəhid ailələri, qazilər üçün təminat mexanizmlərinin genişləndirilməsi dövlətin öz vətəndaşına göstərdiyi qayğının və diqqətin real iqtisadi dayaqlara söykəndiyini nümayiş etdirir. Müdafiə və təhlükəsizlik xərclərinin yüksək səviyyədə büdcədə öz əksini tapması Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir. Təqdim edilən büdcə layihəsi özünə güvənən Azərbaycanın real mənzərəsi, möhtərəm cənab Prezident İlham Əliyevin həyata keçirdiyi milli inkişaf strategiyasının davamıdır və gələcəyimizə olan inamın təsdiqidir”.