Gürcüstan ən çox mal-qara ixracını İraq və Azərbaycana həyata keçirib

2025-ci ildə Gürcüstan xarici ölkələrə 68,5 milyon ABŞ dolları dəyərində iribuynuzlu heyvan satıb ki, bu da bir il əvvəlki göstəricidən 25 % çoxdur.

24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatlarında qeyd olunub.

Hesabat dövründə Gürcüstan İraqa 41,45 milyon, Azərbaycana 27 milyon və Özbəkistana 40 min ABŞ dolları dəyərində iribuynuzlu heyvan ixrac edib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstandan xaricə 55 milyon ABŞ dolları dəyərində iribuynuzlu heyvan göndərilib.