Gürcüstanda aviadaşınmalarda 12 faiz azalma qeydə alınıb
14:12 13.08.2019
İqtisadiyyat
623
Gürcüstanın Tbilisi və Batumi aeroportlarında sərnişin daşınması 10 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat nazirinin müavini Akaki Saqiraşvili məlumat verib.
Onun sözlərinə görə, bu il qeyd edilən iki aeroportda sərnişin daşınmada 9-10 faiz artım nəzərdə tutulmuşdu.
“İyul ayında sərnişin danışmasında 590 min nəfər sərnişin daşınacağını gözləyirdik. Lakin həmin müddətdə 485 min sərnişin daşınıb. Yalnız Tbilisi və Batumi hava limanlarında sərnişin daşınması 105 min nəfər azalıb”, - deyə Saqiraşvili vurğulayıb.
A.Saqiraşvili deyib ki, bu ilin 7 ayında Gürcüstanda aviadaşınmalarda 12 faiz azalma qeydə alınıb.
Gürcüstan Hava Limanlarının yaydığı məlumatda isə bildirilir ki, bu ilin iyul ayında Gürcüstanın Tbilisi, Batumi, Kutaisi, Mestia, Ambrolauri hava limanları vasitəsi ilə ümumilikdə 571 min 848 sərnişinə xidmət göstərilib.
Bu da 2018-ci ilin iyul ayı ilə müqayisədə 44 min 959 nəfər azdır.
Məlumata əsasən, sərnişin daşınmalarının 7,3 faiz azalmasına iyulun 8-də etibarən Rusiyaya birbaşa uçuşların dayandırılması səbəb olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə