
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ölkənin sosial-iqtisadi həyatında da dönüş yaratdı
Yusif Nəzərli
10:20 15.06.2022
İqtisadiyyat
502
"Bu gün Milli Qurtuluş Günüdür".
Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Ümummili Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında yeni bir dönüş yarandı:
"Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında müşahidə edilən tənəzzül ötən əsrin 90-cı illərinin ortalarında aradan qadırıldı və iqtisadiyyatın stabilləşməsinə baza formalaşdırıldı. Həmin dövrdə həyata keçirlməyə başlanan islahatlar uzun müddətli dövrdə Azərbaycan iqtisadiyyatında inkişaf trayektoriyalarını müəyyənləşdirdi. 1994-cü ildən tədricən stabilləşən iqtisadiyyat Ümumi Daxili Məhslun məbləğinin illər üzrə artmasına səbəb oldu. Sənayenin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ilə nisbətən 12,6 faiz bəndi artaraq 2002-ci ildə 37,4 faiz təşkil etdi. Ölkədə ümumi daxili məhsul istehsalı 1996-2002-ci illər ərzində 71,0 faiz artaraq 6,1 milyard manata çatdı. MDB ilk dəfə olaraq həyata keçirilən torpaq islahatları və kiçik və orta sahibkarların dövlət tərəfindən dəstəklənməsi siyasəti özünü kənd təsərrüfatı istehsalında da göstərdi. Torpağın özəlləşdirilməsi sayəsində 857,6 min ailə öz torpaq paylarına sahib oldular. Orta hesabla bir ailəyə 1,6 hektar, cəmi isə 1375,5 min hektar torpaq sahəsi verildi. Torpaq payı almış ailələrdən 2589-u kəndli (fermer) təsərrüfatı kimi rəsmi qeydiyyatdan keçdi. Həmin dövrdə kənd təsərrüfatı istehsalının genişləndirilməsi həm ərzaq təminatı, həm də ərzaq təhlükəsizliyi baxımdan vacib idi".

Parlament üzvü vurğulayıb ki, 1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdursa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənərək 128-ə yüksəldi:
"Xarici ölkələrlə ticarət dövriyyəsi 1993-cü illə müqayisədə 2,8 dəfə artaraq 3,8 milyard ABŞ dollar olmuşdu. Bu illər ərzində Azərbaycanda xarici investisiyalı müəssisələrin sayı da kəskin surətdə artdı. Əgər 1996-cı ildə ölkədə fəaliyyət göstərən xarici ivestisiyalı müəssisələrin sayı 602-yə bərabər idisə, 2002-ci ildə bu rəqəm 3,5 dəfə artaraq 2104 olmuş, xarici şirkət və ya fiziki şəxslərin iştirakı ilə yaradılmış birgə müəssisələrin sayı isə 94,1 faiz artaraq 957-yə çatmışdı. Qısa müddət sonra, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqaviləsi imzalandı. Bu anlaşma Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin qorunub saxlanması xüsusi rola malik olmaqla uzunmüddətli dövrdə ölkənin valyuta ehtyatlarının formalaşmasına töhvə verməkdədir. Həmin dövrdə formalaşdırılan enerji siyasəti bu müqavilə ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevrdi. Nəticədə, enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geo-siyasi faktora çevrildi. Ölkəmiz artıq regionun enerji təhlükəsizliyinə töhvə vermiş dövlətlərdən sayılır və bu Azərbaycanın müstəqil xarici siyasət imkanlarını möhkəmləndirdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə