“İctimai nəqliyyatda gediş haqları artırılacaq” – Qaçılmazdır !
Fidan Həmişəyeva
14:06 10.03.2021
İqtisadiyyat
919
Son günlər ictimai nəqliyyatda gediş haqqında artım olduğuna dair müəyyən iddialar səslənirdi. Məlumata görə, xüsusilə kartsız fəaliyyət göstərən avtobuslarda süni qiymət artımı müşahidə edilir.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) daşıyıcı şirkət rəhbərlərinə və ictimai nəqliyyatı idarə edən sürücülərə xəbərdarlıq edib. DANX-dan verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, ictimai nəqliyyatda süni qiymət artımına yol verildiyi halda daşıyıcı şirkətlərə qarşı Xidmət tərəfindən sərt tədbirlər görüləcək.
Həmçinin qeyd olunub ki, vətəndaşlar paytaxt istisna olmaqla, respublikanın digər regionlarında şəhərdaxili, rayondaxili və Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslarda süni qiymət artımı ilə qarşılaşdıqları zaman 012-566-52-58 nömrəli "Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər:
“Bu günə qədər süni qiymət artımı ilə bağlı daxil olan şikayətlərin 96 faizinin müntəzəm marşrut xətlərinə aid olmadığı aşkarlanıb. Müntəzəm marşrut xətlərində rast gəlinən süni qiymət artımının isə sürücünün fərdi təşəbbüsü olduğu müəyyənləşib.
Bununla bağlı müvafiq daşıyıcı şirkətə məlumat verilərək problem həllini tapıb, gediş haqqı əvvəlki vəziyyətinə qaytarılıb”.
İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında əvvəl-axır ictimai nəqliyyatda gediş haqlarının bahalaşacağını söyləyib.İqtisadçı bunu ilin əvvəlində dizel yanacağında 33 faiz artımın baş verməsi ilə əlaqələndirir:
“Eyni zamanda A-92 markalı benzinin qiymətində də bahalaşma oldu. Yəni istənilən halda ictimai nəqliyyatda dizel, bəzi hallarda isə A-92 markalı yanacaqdan istifadə olunur. Dizel yanacağının 33 faiz artmasına dair Nazirlər Kabineti rəsmisi açıqlama verdi ki, müəyyən subsidiyalar olacaq. Lakin bununla bağlı sonralar əlavə qərar verilmədi. Ona görə də 33 faiz qiymət artımı bu gün nəqliyyat sektorunun üzərindədir”.
Ekspert vurğulayıb ki, ictimai nəqliyyatların əksəriyyəti özəl şirkətlərə aiddir:
“Düşünürəm ki, istənilən halda gediş haqqında bahalaşma olacaq. Çünki dizelin bahalaşmasına aid olan xərc kiminsə üzərinə düşməlidir. İnanmıram ki, sahibkar bütün xərcləri öz üzərinə götürsün. Ona görə də avtobuslarda gediş haqqının bahalaşmasına zəmin yaranıb. Qiymət artımınnın qarşısını almaq üçün yalnız hökümət bu sahəni dotasiyasına götürə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat