İyuna doğru qiymətlər ucuzlaşacaq
Yusif Nəzərli
15:24 02.05.2023
İqtisadiyyat
631
Evinin altındakı marketdən məhsul alan vətəndaşların, əlbəttə ki, seçimi olmayacaq
Hazırda bir sıra kənd təsərrüfatı məhsulları üzrə istehsal və tədarük mövsümü olsa da, qiymətlər yenə aşağı düşmür. Görünür, keçən ilin əvvəlindən start götürən bahalaşma hələ də davam edir. Pomidorun bir kiloqramının qiyməti 2-3 manat arasında, xiyarın qiyməti isə 1-2 manat arasında dəyişməkdədir.
Bahalaşmanı şərh edən iqtisadçı-ekspert Fuad İbrahimlinin “Şərq”ə açıqlamasına görə, mövsümi meyvə və tərəvəzlərlə bağlı qiymətlər həmişə ilkin zamanlarda yüksək olur: “Ola bilər ki, 10-20 gündən sonra olmasa da, iyuna doğru qiymətlərdə ucuzlaşmanı hiss edək. Hələ mövsümi pomidor bazara çıxmayıb. Ölkədə həmişə yanvar, fevral, mart, aprel, hətta may aylarında mağazalarda satılan pomidorların bir qismi istixanalardan yığılır. Amma yeni məhsulların bitməsinə az qalıb və qiymətlər aşağı enə bilər. Lakin bu il qiymətlər ötən ilə nisbətən daha baha olacaq. Mövsümündə yaranan bolluq zamanı qiymətlər nə qədər ucuzlaşa da, bugünkü bazar qiymətləri insanların gəliri ilə tərs-mütənasibdir.
F.İbrahimlinin sözlərinə görə, qiymətləri baha olan məhsullar adətən seçmə məhsullardır: “Dəymədüşər” alıcılar var ki, aldığı hər məhsulu seçir. Bu zaman da birinci və ikinci sort məhsul anlayışı meydana çıxır. Satıcılar da seçilmiş məhsulu baha satır ki, ikinci sortu da aşağı qiymətə satsın ki, məhsul zay olmasın. Əgər vətəndaşlar bir az əziyyət çəkib axtarış etsə, büdcəsinə uyğun məhsul tapa bilər. Evinin altındakı marketdən məhsul alan vətəndaşların, əlbəttə ki, seçimi olmayacaq və meyvə-tərəvəzləri market neçəyə satsa alacaq. Ancaq keçmişdəki “bazarlıq” ənənəsini qoruyub saxlayan insanlar səhər 8-də durub gedib bazarlıq edir və ucuz qiymətə yaxşı məhsullar ala bilirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm