
Kartof-soğan niyə bahalaşır? - SƏBƏB:“Pay torpaqları becərilmir”
Yusif Nəzərli
12:31 19.04.2023
İqtisadiyyat
706
İkinci çörək hesab edilən kartof və soğanın qiyməti artıb.
“Sherg.az” Baku TV-yə istinadən xəbər verir ki, paytaxtda yerləşən marketlərin birində kartofun qiyməti 1 manat 50 qəpiklə, 3 manat 50 qəpik arasında dəyişir.
Soğanın qiyməti isə 90 qəpiklə, 1 manat 60 qəpik arasındadır.

Qiymət artımını dəyərləndirən iqtisadçı Nazim Bəydəmirli söyləyib ki, bazarda təklif az olduqda qiymətlər bahalaşır:
"Azərbaycanda kartof və soğan əkimi ilə məşğul olan bölgələrdə, əhali şəhərə toplaşıb. Buna görə də pay torpaqları əkilib-becərilmir və ehtiyat yaratmaq olmur.
Hətta yaradılsa da belə, bu məhsulları uzun müddət saxlamaq çətindir. Ümumiyyətlə hazırda bazarda satışda olan faraş kartof xarici ölkələrdən, əsasən də Pakistandan idxal olunur.
Bazardakı qiymətlər isə kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, şirkətlərin fəaliyyəti məhdudlaşdırıldığı və monopoliya olduğu üçün artır. Digər tərəfdən önəmli amillərdən biri də gömrük orqanlarının idxal prosesidir. Yəni indiki məqamda bazarda satılan kartof və soğanın əksəriyyəti xaricdən gəlir. Gömrük orqanları isə dəyərləndirmə qiymətini süni şəkildə şişirdirlər.
Daha çox gömrük rüsumu ödəyən idxalçılar isə məhsulun maya dəyərinin tənzimləmək üçün qiymətləri qaldırırlar. Bu da bazarda qiymət artımına səbəb olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol