Laçın hava limanının tikintisi 2024-cü ildə başa çatacaq
08:50 28.06.2022
İqtisadiyyat
340
Laçın Beynəlxalq Hava Limanının tikintisi 2024-cü ildə başa çatacaq.
Bu barədə “APA-Economics”ə açıqlamasında “Azvirt” MMC-nin baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviri Ceyhun Səfərov deyib.
“Laçın Beynəlxalq Hava Limanı, Qarabağda inşa edilən sayca üçüncü hava limanıdır. Təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Burada aparılan inşaat işlərinin 2024-cü ildə tamamlanması nəzərdə tutulur”, - Ceyhun Səfərovun qeyd edib.
Onun sözlərinə görə, hava limanında uçuş-enmə zolağının uzunluğu 3 min metr, uçuş-enmə zolağının eni 60 metr, perronun sahəsi 50 min metr, yönəldici yolların sahəsi 8000 kvadrat metr təşkil edəcək. Hava limanında beynəlxalq terminalın sahəsi 5 min kvadrat metr təşkil edəcək və onun saatda 200 sərnişinə xidmət edəcəyi nəzərdə tutulub.
Ceyhun Səfərov onu da əlavə edib ki, coğrafi baxımdan Laçın rayonu fərqlidir və bu baxımdan da burada hava limanının tikintisi fərqliliyi ilə seçilir.
Baş direktorunun müşaviri onu da qeyd edib ki, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi çərçivəsində beynəlxalq terminalda nəzərdə tutulan işlərin tamamlanması bu ilin avqust ayına nəzərdə tutulub.
“Hava limanında uçuş-enmə zolağının uzunluğu 3 min metr, uçuş-enmə zolağının eni 60 metr, perronun sahəsi 50 min metr təşkil edəcək”, deyərək, Ceyhun Səfərov əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə
Avropa Azərbaycanın strateji roluna ehtiyac duyur - ŞƏRH
19:08 27.04.2026
Gündəm
Abbas Əraqçı: Tehran ABŞ-nin danışıqlar təklifini nəzərdən keçirir
18:57 27.04.2026
Region
Xəstəxanaları kim idarə etməlidir? - RƏYLƏR
18:57 27.04.2026
Sağlamlıq
Türkiyənin Quru Qoşunları komandanı Azərbaycana gəlib
18:49 27.04.2026
Hərbi
Azərbaycanın Avropa üçün əhəmiyyəti artır - TƏHLİL
18:42 27.04.2026
Gündəm