Lirə ucuzlaşadı! - Manatın aqibəti necə olacaq ? – Ətraflı izah
Fidan Həmişəyeva
10:46 23.03.2021
İqtisadiyyat
868
Ötən həftə ABŞ dollarının Türkiyə valyutasına qarşı məzənnəsi 7,22 lirədən 8,34 lirəyə yüksəlib. Türk lirəsinin dəyəri Prezident Tayyib Ərdoğanın Mərkəzi Bankın rəhbərinin dəyişdirilməsi qərarından sonra Asiya ticarət bazarlarında 17 faiz azalıb.
Lirə ilə bağlı baş verən proseslərin Azərbaycanla Türkiyə arasındakı ticarət mübadilələrinə nə kimi təsiri ola bilər?
Sualımızı cavablandıran iqtisadçı - millət vəkili Vüqar Bayramov "Sherg.az"a açıqlamasında bildirib ki, Türkiyə lirəsinin ucuzlaşması ticarət dövriyəmizə ciddi təsir göstərməyəcək. Çünki Azərbaycan - Türkiyə ticarət dövriyəsində enerji ixracatının payı yüksək olaraq qalır.
İqtisadçı qeyd edib ki, 2021-ci ildə də qardaş ölkə ilə enerji sahəsində əməkdaşlığımız geniş olacaq:
"Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanla Türkiyə arasında ticarət dövriyəsi 2020-ci ildə 4.5 milyard dollara yaxın olub. Qardaş ölkə eyni zamanda Azərbaycanın qeyri-neft ixracatında böyük tərəfdaşdır. Ölkəmizin qeyri-neft ixracının 30 faizə yaxını Türkiyə bazarına yönəlib. Azərbaycan Türkiyə ilə ticarət dövriyəsində 1.7 milyard dollarlıq maliyəyə malikdir".
V.Bayramov vurğulayıb ki, 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kub metr mavi qaz nəql edəcək. Nəzərə alsaq ki, mavi qazın qiyməti və ödəniş valyutası məhz ABŞ dolları ilə müəyyənləşir, onda milli valyutada məzənnə dəyişikliyi olmayacaq:
“Eyni zamanda Türkiyəyə ixrac etdiyimiz qeyri-neft məhsulları müqayisəli üstünlüyə malikdir. Lirənin dəyərini itirməsi Türkiyəyə qeyri-neft ixracatımıza xüsusi təsirə malik olmayacaq. Təbii ki, Türkiyə lirəsinin ucuzlaşması oradan ölkəmizə idxal edilən məhsulların xərcinin azalmasına və Türkiyədən daha çox məhsulun gətirilməsinə səbəb ola bilər. Nəticədə qardaş ölkənin məhsulları dünyada o cümlədən Azərbaycan bazarında ucuzlaşacaq”.
Manatın məzənnəsinə gəlincə, ekspert qeyd edib ki, bu, birbaşa Mərkəzi Bankın qəbul etdiyi qərardan asılıdır:
“Növbəti dövrlərdə də milli valyutamızın məzənnəsinin müəyyən edilməsində Mərkəzi Bankın qərarları həlledici olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual