
Manatın dəyəri düşür, xərclər artır: Ekspert inflyasiyanın real səbəblərini açıqladı
Yusif Nəzərli
06:32 24.10.2025
İqtisadiyyat
508
“İdxalçılar bazarı bölüb, qiymətləri süni şəkildə qaldırırlar”
Mərkəzi Bank inflyasiya dərəcələrini elan edib. Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov mətbuat konfransı zamanı bildirib ki, 2025-ci il üzrə inflyasiya 75 faiz təklif amillərindən asılı olacaq. 2026-cı il üzrə isə bu göstərici 80 faiz ətrafındadır. "Oktyabr proqnozu göstərir ki, 2025-ci ilin sonuna kənd təsərrüfatı istehsalçı qiymətləri indeksinin inflyasiyaya artırıcı təsiri 3.64 faiz bəndidir. Ticarət tərəfdaşlarındakı inflyasiya göstəricisinin töhfəsi isə 2.8 faiz bəndi artırıcıdır. Ev təsərrüfatlarının istehlakının artırıcı göstəricisi 1.57 faiz bəndidir. Nominal effektiv məzənnənin azaldıcı təsiri isə 0.34 faiz bəndidir. Sərnişindaşıma və ya digər tariflərlə bağlı isə 0.14 faiz bəndi artırıcı təsir var. Dövlət istehlakı isə bir qədər azaldıcı təsir göstərir. Ümumilikdə tələb amilləri 25 faiz, təklif amilləri isə 75 faizdir. Bunların içində xarici amillərin xalis təsiri isə 2.46 faiz bəndi artırıcıdır". O qeyd edib ki, 2026-cı il üzrə illik inflyasiya 5.7 faiz dərəcəsində proqnozlaşdırılıb: "Burada kənd təsərrüfatı istehsalçı qiymətləri indeksinin artırıcı təsiri 3.16 faiz bəndidir. Ticarət tərəfdaşlarındakı göstəricisinin töhfəsi 2 faiz bəndidir. Ev təsərrüfatlarının istehlakının artırıcı göstəricisi 1.11 faiz bəndidir. Nominal effektiv məzənnənin azaldıcı təsiri 2.16 faiz bəndidir. Dövlət istehlakı isə 0.11 faiz bəndi artırıcı təsir göstərir. Ümumilikdə tələb amilləri 20 faiz, təklif amilləri isə 80 faizdir. Xarici amillərin xalis təsiri isə 0.16 faiz bəndi azaldıcıdır".
İnflyasiya göstəricilərini Sherg.az-a şərh edən iqtisadçı Xalid Kərimli bildirdi ki, məsələyə yanaşması fərqlidir:

- Ola bilər, təklifdən asılı olsun, ola bilər idxaldan yaransın bu vəziyyət. Amma bunlar nəticələrdir. Səbəblər çox vacibdir. Hesab edirəm ki, idxalçıların çox rahat bir şəkildə artan qiymətləri bazara ötürməsi prosesində Mərkəzi Bankın rəqabət orqanı bu məsələlərə xüsusi diqqət etməlidir. Çünki idxalda ehtimal olunan inhisarçılıq, təmərküzləşmə məsələləri ona gətirib çıxara bilər ki, idxalçılar rəqabətin zəif olması şəraitində idxal olunan məhsulların qiymətini artırılmış şəkildə çox rahat bazara ötürə bilirlər. İdxal monopoliyasına, idxalda təmərküzləşməyə, idxalda razılaşdırılmış hərəkətlərə xüsusi diqqət etmək lazımdır. İdxalçıların bazarları bölməsi, məhsullar üzrə idxal monopoliyası yaratması qiymətlərin artmasına təsir göstərə bilər. Təklif amilləri ilə bağlı məsələlər çoxdur. Xərclərin artması da diqqət çəkir. Dizel yanacağının, benzinin, elektrik enerjisi, təbii qazın qiyməti artdı. Bir qədər əvvəl ictimai nəqliyyatda gediş haqları artırıldı. Minimum əməkhaqqı da artırıldı. Bunlar hamısı inflyasiya artırıcı təsirlərdir. Ölkədaxili faktorlar çoxdur.
X.Kərimli bildirdi ki, manatın ucuzlaşması fonunda idxal bahalaşır:
- Manatın ucuzlaşması davam edir. Manatın real effektiv məzənnəsi aşağı düşüb. Səbəb də budur ki, manat dollarla birgə - dollara fiksasiya edilmiş rejimdə ucuzlaşıb, nəticə etibarilə ölkəyə gələn idxal da bahalaşıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol