Mərkəzi Bank banklarda yoxlamalar aparır – SƏBƏB?
Mərkəzi Bank banklarda yoxlamalar aparır – SƏBƏB?
Yusif Nəzərli
13:31 26.04.2023
İqtisadiyyat
706
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 2016-cı ildən etibarən yaranmış qısa açıq valyuta mövqeyi problemi cari ilin iyul ayının əvvəllərində Mərkəzi Bankın valyuta satışı hesabına həll edilərək normativ tələbə uyğunlaşdırılıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Vurğulanıb ki, bankın likvidlik və valyuta mövqeyi davamlı əsasda nəzarətdə saxlanılır.
AMB həmçinin cari il ərzində nəzarət çərçivəsində bank sektorunun maliyyə dayanıqlılığının diqqətdə saxlandığını açıqlayıb:
“Bank sektorunda kredit riskləri, xarici valyuta bazarında trendlər və dollarlaşma prosesləri mütəmadi izlənib, geosiyasi proseslərin təsiri nəticəsində aktuallığını artırmış hesablaşma kanalları monitorinq edilib, bankların cari maliyyə vəziyyəti qiymətləndirilib. Hesabat dövründə beş bankda, dörd bank olmayan kredit təşkilatında və “Azərpoçt” MMC-də hərtərəfli yoxlama, habelə dörd bankda tematik yoxlama aparılıb. Nəzarət alətlərinin səmərəli tətbiqi nəticəsində bankların maliyyə dayanıqlılığı qorunub, əhalinin bank sektoruna inamı artıb”.
Yoxlamaları "Sherg.az"a dəyərləndirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov vurğulayıb ki, Mərkəzi Bank vaxtaşırı bütün bank və qeyri- kredit təşkilatlarında yoxlamalar aparır:
"Bu onun işidir. Çünki Mərkəzi Bank nəzarət orqanıdır. Düzdür banklar onsuz da hər ay böyük hesabatlarını verirlər.
Yəni distant yoxlama hər zaman var. Amma vaxtaşırı yerində yoxlama aparılır.
Hanısa problemin olması heç də vacib deyil. Sadəcə verilən hesabatların həqiqəti əks etdirib-etdirməməsi araşdırılır.
Eyni zamanda ola bilər ki, hansısa bankda problem var və yoxlanış üçün gedir. Yəni bu tamamilə normal iş qaydasıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə