Mərkəzi Bank XƏBƏRDARLIQ ETDİ
Mərkəzi Bank XƏBƏRDARLIQ ETDİ
Yusif Nəzərli
14:56 08.06.2022
İqtisadiyyat
621
Azərbaycan Mərkəzi Bankı rüblük hesabatları vaxtında verməyən sığorta agentlərinə xəbərdarlıq edib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib.
Məlumatda qeyd olunur ki, sığorta bazarının infrastrukturunun, o cümlədən sığorta vasitəçiliyinin gücləndirilməsi Mərkəzi Bankın sığorta sektorunun inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir:
“Bu məqsədlə xarici təcrübəyə uyğun olaraq sığorta vasitəçiliyi ilə bağlı müasir tələblərin formalaşdırılması, öyrənmə və inkişaf imkanlarının genişləndirilməsi diqqət mərkəzində saxlanılır.
2021-ci il 27 may tarixli “Sığorta fəaliyyəti haqqında” Qanununa edilmiş dəyişikliklərə əsasən, sığorta agentləri müvafiq lisenziya ilə sığorta vasitəçiliyi fəaliyyəti ilə məşğul olarkən eyni zamanda, sığortaçıda əmək fəaliyyəti ilə məşğul ola bilməzlər. Burada məqsəd sığorta vasitəçilərinin müstəqil bazar iştirakçısı kimi rolunun gücləndirilməsinə xidmət edir.
Son illərdə sığorta bazarında başlanmış yeni inkişaf trendləri sığorta vasitəçiləri arasında da rəqabəti gücləndirmiş, vasitəçilər qarşısında yeni inkişaf çağırışları yaradıb”.
Bankdan bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” Qanuna əsasən sığorta agentləri rüblük hesabatları müvafiq rüb başa çatdıqdan 20 gün müddətində Mərkəzi Banka təqdim etməlidirlər: “Rüblük hesabatların təqdim edilməməsinə görə 2021 və 2022-ci illər ərzində 251-i fiziki və 2-si hüquqi şəxs olmaqla 253 lisenziya dayandırılmışdır. Dayandırılmış lisenziyalardan 92-si (91 fiziki şəxs agent) bərpa olunub”.
Qeyd olunur ki, Mərkəzi Bank tərəfindən 160 sığorta agentinin lisenziyası ləğv olunmuşdur. Ləğv olunmuş lisenziyalardan 98-i könüllü müraciət əsasında, 62 agentin lisenziyası isə qanunvericiliyin tələblərinə riayət edilməməsi səbəbindən məcburi qaydada ləğv edilib.
Bununla yanaşı, 2021-2022-ci illər ərzində 24 agentə sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı yeni lisenziya verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə