
Natiq Cəfərli: ŞƏT ilə əməkdaşlıq Azərbaycanın qlobal iqtisadi sistemdə rolunu gücləndirəcək
13:12 22.08.2025
İqtisadiyyat
499
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində 20-dən çox ölkənin liderləri iştirak edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Çin xarici İşlər nazirinin köməkçisi Liu Bin bildirib.
Rəsmi sammitə Azərbaycan Prezidenti İlham Əliyevin də dəvət olunduğunu açıqlayıb.
“Çin sədri Si Cinpin 20-dən çox xarici lider və 10 beynəlxalq təşkilatın rəhbəri ilə Hayhe çayının sahilində bir araya gələcək. Tədbirə Azərbaycan, Rusiya, Belarus, Hindistan, İran, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Özbəkistan, Monqolustan, Ermənistan, Kamboca, Maldiv Adaları, Nepal, Misir, Türkmənistan, İndoneziya, Laos, Malayziya və Vyetnam liderləri dəvət olunub”, - o qeyd edib.
Liu Binin sözlərinə görə, iştirakçılar ŞƏT-in uğurlu təcrübəsini müzakirə edəcək, təşkilatın inkişaf istiqamətlərini müəyyənləşdirəcək, əməkdaşlıq məsələləri üzrə razılaşma əldə edəcəklər.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti avqustun 31-dən sentyabrın 1-dək Çinin Tyantszin şəhərində keçiriləcək.
ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “Sherg.az”a bildirdi ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) müasir beynəlxalq münasibətlər sistemində iqtisadi, siyasi və logistik baxımdan strateji əhəmiyyət daşıyan regional təşkilatlardan biri kimi çıxış edir:

“Bu qurumun iqtisadi və demoqrafik potensialı müqayisəli şəkildə götürüldükdə, Avropa İttifaqı ölkələrinin ümumi potensialını geridə qoyması diqqətəlayiqdir. Azərbaycanın bu təşkilat çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi, xüsusilə ticarət, investisiya və nəqliyyat sahələrində yeni imkanlar yaratmaqla ölkə iqtisadiyyatına mühüm töhfə verə bilər. Azərbaycan üçün əsas prioritet istiqamətlərdən biri logistika və yeni beynəlxalq nəqliyyat marşrutlarının formalaşdırılmasıdır. ŞƏT-ə daxil olan dövlətlər, xüsusilə Çin Xalq Respublikası, bu sahədə əsas strateji tərəfdaş rolunu oynayır.
Əlavə olaraq qeyd etmək lazımdır ki, təşkilat daxilində iqtisadi inteqrasiyanın dərinləşdirilməsi Azərbaycanın beynəlxalq ticarət şəbəkələrində mövqelərinin güclənməsinə şərait yaradır. Bununla yanaşı, ŞƏT çərçivəsində enerji resurslarının nəqli, rəqəmsal infrastrukturun inkişafı və qarşılıqlı investisiya mübadiləsi kimi sahələrdə də əməkdaşlıq imkanları mövcuddur. Azərbaycanın coğrafi mövqeyi Orta Asiya, Qafqaz və Avropa arasında tranzit körpüsü funksiyasını gücləndirərək, ölkənin strateji əhəmiyyətini artırır. Bu baxımdan, Azərbaycanın təşkilatla əlaqələrinin dərinləşdirilməsi regionda dayanıqlı inkişaf, təhlükəsizlik və iqtisadi inteqrasiya baxımından da mühüm nəticələr doğura bilər. Beləliklə, ŞƏT ilə əməkdaşlıq Azərbaycanın qlobal iqtisadi sistemdə rolunun güclənməsinə və uzunmüddətli inkişaf strategiyasının reallaşdırılmasına xidmət edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı
01:25 15.08.2026
Futbol
Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlayıb
01:04 15.08.2026
Dünya
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
00:42 15.08.2026
Region
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual