Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: “Apple" və “NVIDIA”ya yatırımlar kəskin artıb
08:28 25.10.2024
İqtisadiyyat
435
Son bir ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) listinqdə olan səhmlərinin dəyəri 31% və ya 3,2 mlrd. dollar artaraq 13,5 mlrd. dollara çatıb. Ötən ilin eyni dövründə bu rəqəm 10,3 mlrd. dollar təşkil edib.
Bu barədə “APA-Economics”in sorğusuna əsasən ARDNF-dən bildirilib. Qeyd edilib ki, bu dövrdə Dövlət Neft Fondunun səhmlərinə ən çox yatırım etdiyi TOP-10 şirkətlərə yenə qlobal informasiya texnologiya şirkətləri başçılıq edib. ARDNF-nin ən çox yatırım etdiyi TOP-10 şirkətlərin səhm portfelində də dəyişiklik olub.
Fondun “Apple Inc”yə yatırımları bu ilin III rübündə ötən ilin eyni dövrünə nisbətən 134 mln. dollar artaraq 574 mln. dollara çatıb. Başqa sözlə, ARDNF-nin səhm portfelində “Apple Inc”in payı 4,3%-dən 4,9%-ə kimi yüksəlib.
Fondun “Microsoft”a yatırımlarının dəyəri 364 mln. dollardan 513 mln. dollara, səhm portfelində payı isə 3,5%-dən 4,3%-ə kimi artıb.
2023-cü ilin ilk yarısından etibarən ABŞ-ın ən iri çip və oyun konsolları üçün qrafik prosessor istehsalçısı “NVIDIA”nın Fondun portfelində payı artmağa başlayıb. Fondun qlobal şirkətdəki səhmlərinin dəyəri cari ilin III rübündə 175 milyon dollardan 505 milyon dollara yüksəlib. Yəni, “NVIDIA-ya yatırımlar son bir ildə 3 dəfə və ya 330 milyon dollar artıb. Bu nəticə ilə İT nəhəngi "Google" və "Amazon"u qabaqlayıb.
ARDNF-in “Amazon”a yatırımları isə son bir ildə 191 mln. dollardan 295 milyon dollara yüksəlib. Həmçinin, Fondun səhm portfelində “Amazon”un payı isə 1,9%-dən 2,5%-ə yüksəlib.
Ən çox yatırım edilən ilk beşliyə 2024-cü ilin ilk rübündən etibarən “Meta platforms” da daxil olub. ARDNF-nin Mark Zukerberqin şirkətinə yatırımları ilin ilk rübü ilə müqayisədə 179 mln. dollardan 212 mln. dollara, portfeldə çəkisi isə 1,4%-dən 1,8%-ə yüksəlib.
ARNDF-in həmçinin, “Google”a aid iki şirkətə ayrılıqda investisiyaları 165 mln. və 143 mln. dollar təşkil edib. TOP 10-luğu 129 mln. dollarla "Broadcom İnc", 127 mln. dollarla "Tesla" və 121 mln. dollarla səhiyyə şirkəti "Eli Lilly&Co" tamamlayır.
Ümumilikdə, ARDNF-nin TOP-10 qlobal nəhənglərin səhmlərinə yatırımları 2 mlrd. 784 mln. dollar təşkil edib.
Qeyd edək ki, bu portfel Dövlət Neft Fondunun “MSCI World” indeksi üzrə kotirovka olunan səhm investisiyalarıdır. Fondun “MSCI Europe ex UK” indeksini izləyən portfel və nağd vəsaitlərin həcmi isə 1.6 milyard ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə
Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... - Zaxarova
17:37 28.03.2026
Dünya
Şimali Kiprin Baş naziri Azərbaycana səfər edəcək
17:21 28.03.2026
Siyasət