
Növbəti il maaş artım nə qədər olacaq?
11:49 14.11.2023
İqtisadiyyat
632
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 11,2 % artaraq 919,8 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bu il oktyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 719,8 min nəfər olub, onlardan 890,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 828,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 18,9 %-i təhsil, 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 %-i sənaye, 8,4 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 %-i tikinti, 6,5 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,7 %-i peşə, elmi və texniki fəaliyyət, 3,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 %-i maliyyə və sığorta fəaliyyəti, 14,7 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Məsələ ilə bağlı "Sherg.az"a danşan iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, bu statistika tam reallığı əks etdirməsə də mövcud göstəriciyə yaxındır:

"Bu ilin əvvəli ölkəmizdə minimum əməkhaqqı 300-dən 345 manata qədər artmışdır. Bu da həm özəl, həm də dövlət sektorunda işləyənlərin məvacibində artıma səbəb olmuşdur. Hətta, statistik rəqəmlərdə bunu sübut edir. Sözsüz ki, bəzi sektorlarda minimum əməkhaqqı alanlar da var. Regionlarda bəzən orta əməkhaqqını əsasən dövlət orqanları,təşkilatları təşkil etdiyindən bu ortalamaya yaxındır, özəl sektorlarda isə əksinə görürük. Qeyd edim ki, regionlarda bu ortalama arasında böyük fərq müşahidə edilir. Təəssüflər olsun ki, gizlin məşğulluq da hökm sürür. Özəl sektorda işçilər rəsmi əməkhaqqından daha çox maaş alırlar. Həmçinin, işçilərin aldığı maaş rəsmiyyətdə daha az göstərilir. Hesab edirəm ki, bu məsələlər nəzərə alınmalıdır. Bu baxımdan əməkhaqqının artım tendensiyyası davam edəcək. Növbəti ildə əməkhaqqının 15 faiz artımı gözlənilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm