Qeyri-neft gəlirlərimiz artacaq
03:32 30.06.2021
İqtisadiyyat
688
Şimal-Cənub nəqliyyat dəhlizindən daha aktiv şəkildə istifadə olunacaq
"Güman edilir ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin reallaşması beynəlxalq yükdaşımanın həcminin və qeyri-neft gəlirlərimizin artmasına imkan verəcək”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına göndərilən ilk konteyner blok qatarı Azərbaycan ərazisi vasitəsi ilə şərqə istiqamət götürüb:
"Bu artıq Şimal-Cənub dəhlizinin Azərbaycan hissəsinin istifadə olunması anlamına gəlir. Sözügedən dəhliz vasitəsilə ilk yüklər ölkəmizin ərazisindən keçməklə Hindistana daşınır. Bu isə o deməkdir ki, daha çox test qatar hərəkəti kimi xarakterizə olunan bu yükdaşımadan sonra Şimal-Cənub nəqliyyat dəhlizi daha aktiv şəkildə mütəmadi olaraq istifadə olunacaq”.
Deputat qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan ərazisindən yüklərin daşınması Vətən müharibəsindəki zəfərimizdən sonra regionda formalaşan yeni düzən kontekstindən daha strateji əhəmiyyət daşıyır:
"Belə ki, savaşdan sonra regionda kommunikasiyaların bərpası intensiv müzakirə olunur. Digər tərəfdən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı danışıqlar sürətlənməklə bu məsələnin aktuallığı daha da artır. Belə ki, Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizində yükdaşımaların da həcminə təsir göstərəcək. Bu, Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcminin artırmaqla yanaşı, ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirəcək”.
Deputat vurğulayıb ki, Süveyş kanalında son baş verən qəzadan sonra isə Şimal-Cənub dəhlizinin əhəmiyyəti daha da yüksəlmişdi:
"Belə ki, nəinki region ölkələri, həmçinin inkişaf etmiş dövlətlər layihəyə regionda əsas alternativ nəqliyyat dəhlizi kimi yanaşırlar. Bu isə dəhlizin iqtisadi səmərəliliyini artırmaqla yanaşı, strateji əhəmiyyətini də yüksəldib. Rusiyadan Hindistana qədər uzanan nəqliyyat dəhlizi region üzrə beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcək. Azərbaycan həm investisiya, həm infrastruktur baxımından layihənin reallaşmasına dəstək verib. Layihənin həyata keçməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir. Beynəlxalq daşımalar ölkəmizin qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq