
Rublun ucuzlaşması manata necə təsir edəcək?
09:25 11.07.2023
İqtisadiyyat
905
Sanksiyalar rublu sıxmaqdadır Şimal qonşumuza daxil olan xarici valyutanın azalması məzənnəyə təsirsiz ötüşmür
İyunun 23-24-də baş verən “Vaqner” hərbi qiyamı Rusiya valyutasının kəskin dəyər itirməsinə səbəb olub. Hazırda proses davam edir və ekspertlər bildirirlər ki, ölkəyə tətbiq edilən 11 sanksiya paketinin təsiri artıq real sektorda ciddi şəkildə hiss edilməkdədir. Qarşıdakı aylarda rublun kəskin inflyasiyaya məruz qalması qaçılmazdır. Ötən həftə 1 dollar 84-86 rubl ətrafında dəyişirdisə, hazırda məzənnə 94-95 rubldur. İyulun 6-da Moskva birjasında hərracların açılışında avronun məzənnəsi 2022-ci il martın 29-dan bəri ilk dəfə olaraq 100 rublu ötüb. Rusiya Bankı sədrinin birinci müavini Kseniya Yudayeva bu həftənin əvvəlində Rusiya valyutasının ucuzlaşmasını ixrac gəlirlərinin azalması səbəbindən ticarət balansındakı dəyişikliklərlə əlaqələndirib. Eyni zamanda Yudayeva maliyyə sabitliyi üçün hər hansı riski istisna edib. Rusiya Bankı da ixracatçıların valyuta gəlirlərinin məcburi satışını geri qaytarmağa ehtiyac görmür. Birja analitikləri rublun ucuzlaşmasını ixrac gəlirlərinin azalması və büdcə xərclərinin yüksək olması ilə əlaqələndirirlər. Onlar həmçinin bazarda valyuta təklifinin aşağı olduğunu göstərir.

Millət vəkili Vüqar Bayramov "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya rublunun dollara nisbətən məzənnəsi psixoloji həddən aşağı düşüb. Deputatın sözlərinə görə, son həftələr milli valyutası kəskin ucuzlaşan Rusiyada 1 dollar almaq üçün artıq 90 rubldan çox ödəniş etmək lazımdır: "Moskvada səsləndirilən nikbin açıqlamalara rəğmən, sanksiyalar rublu sıxmaqdadır. Şimal qonşumuza daxil olan xarici valyutanın azalması məzənnəyə təsirsiz ötüşmür. İxrac imkanları məhdudlaşan Rusiyada xarici valyutaya tələbin artması da müşahidə olunur. Sanksiyalar genişləndikcə Rusiya iqtisadiyyatında neqativ trendlərin dərinləşəcəyi gözləniləndir. Reallıq bundan ibarətdir ki, Rusiya Mərkəzi Bankının alətləri çoxsaylı deyil və bu da intervensiya imkanlarını məhdudlaşdırır. Rublun ucuzlaşmasının manata təsirlərinə gəldikdə isə bir daha qeyd etmək istərdik ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün milli valyutanın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledicidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya