
Şadlıq sarayları toyuğu, əti əvvəlki qiymətə almır
Yusif Nəzərli
03:46 19.04.2023
İqtisadiyyat
440
Ona görə qiymətləri qaldırmağa məcburdur
“Aztəminatlı kəsim bahalı şadlıq saraylarında toy məclisi təşkil etməkdən vaz keçir”
İqtisadi və Sosial İnkişaf Mərkəzi şadlıq saraylarındakı qiymətlər barədə məlumat açıqlayıb. Məlumatda qiymətlərin artdığı aydın nəzərə çarpır. Qiymət artımının əsas səbəbi kimi mart ayının 22-dən etibarən Ramazan ayının başlanması və mart ayı ərzində bayram günlərinin sayının çox olması göstərilir. Bu səbəbdən mart ayı üçün şadlıq saraylarında sifarişlərin miqdarı da azalaraq 67.4 faiz təşkil edib. Qiymətlər isə 8.4 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiymət artımı daha çox olub: 11.4 faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 7.6 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 6.3 faiz artım qeydə alınıb.
Görünən budur ki, şadlıq sarayları azalan sifarişləri qiymət artımı ilə kompensasiya etməyə çalışır. Toyların daha az keçirildiyi may ayında, eləcə də Ramazan və Məhərrəm aylarında şadlıq sarayları bir müddət sifariş qıtlığı yaşayır. Bu müddətlər bitdikdən sonra isə itirdikləri maliyyəni qiymətləri qaldırmaqla yenidən əldə etməyə çalışırlar. Amma başqa səbəblər də ola bilər.

İqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında qeyd etdi ki, COVID qadağaların qaldırılması əslində qiymətlərin ucuzlaşmasına şərait yaratmalıydı, lakin gözlənilən baş vermədi:
- Karantin qaydalarına dəyişiklik edilib toy məclislərinə icazə verildikdə qonaq sayının 150-dən artıq olmaması şərti qoyuldu. Bu da sahibkarlara sərf etmədiyindən qiymətlərdə artım oldu, çünki az qonaq sayını qiymətlərlə kompensasiya etməyə çalışdılar. Amma artıq uzun müddətdir ki, nə karantin qadağaları var, nə də qonaq sayına hər hansı məhdudiyyət. Əvvəlki kimi toylar 500 nəfərlik, hətta daha artıq dəvətli ilə keçirilir. Əslində bu, qiymətlərin sabitləşməsinə, hətta ucuzlaşmasına səbəb olmalıydı. Məntiqlə belə olmalıydı.
Lakin ümumi qiymət bahalaşması buna imkan vermir. Ərzaq məhsullarının qiymətlərindəki inflyasiya qiymətlərin bahalaşmasına səbəb olub. Ərzağın qiymətində hazırda nəzərəçarpacaq artım var. Qiymətlərin enəcəyi ehtimalı da azdır. Şadlıq sarayları ərzağın qiymətindəki artımı səbəb göstərərək menyuların qiymətini qaldırır. Bu da anlaşılandır. Məsələn, şadlıq sarayı toyuğu, əti əvvəlki qiymətə almır axı. Ümumi qiymət artımı var deyə, şadlıq sarayları da qiymətləri qaldırmağa məcburdur. Bu, zəncirvari bir prosesdir. Bu başqa məsələdir ki, əhalinin gəlirləri azaldıqca, şadlıq saraylarına sifarişlər də azalır. Aztəminatlı kəsim bahalı şadlıq saraylarında toy məclisi təşkil etməkdən vaz keçir. Nisbətən əlçatan, ucuz qiymətlər təklif edən şadlıq saraylarına üz tuturlar, ya da ümumiyyətlə, həyət toylarına üstünlük verirlər. Bütün hallarda şadlıq sarayları üçün qiymət artımına istər-istəməz şərait formalaşmış olur. Sifarişləri azalan, müştəri itirən şadlıq sarayları itirdiklərinin əvəzini sifarişçidən çıxmağa çalışır.
Şadlıq sarayının da xərcləri, vergisi, işçilərin əməkhaqqının ödənilməsi problemi var. Amma mən ötən dəfə də bildirmişdim ki, şadlıq sarayları vətəndaşların da qiymət bahalığından əziyyət çəkdiyini, zərərçəkən olduğunu nəzərə alıb, qiymət artımını qonaq sayı ilə kompensasiya edə bilər. Yəni toylara əvvəlki qaydada qeyri-məhdud sayda qonaq dəvət ediləcəksə, qiymətləri qaldırmamaq olar. Çünki əhalinin də maddi durumu nəzərə alınmalıdır. Şadlıq sarayları yaranmış şəraitdən istifadə edib sifarişçiyə uyğun qiymətlər təklif edib, ərzaq qiymətlərindəki artımın qarşısını qonaq sayı ilə kəsə bilər. Zatən toylarda 3 cür menyu təklif edilir: sadə, orta və bahalı. Hər kəs də imkanı daxilində menyunu seçir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol