Şəffaf mexanizm yoxdur: “Bəzi banklar Mərkəzi Bankdan kredit götürə bilmir”
Fidan Həmişəyeva
12:44 30.04.2021
İqtisadiyyat
741
Mərkəzi Bank İdarə Heyəti uçot dərəcəsinin sabit saxlanılması haqda qərar qəbul edib. Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Beləliklə, uçot dərəcəsi 6,25 faizdə, faiz dəhlizinin aşağı həddi 5,75 faiz, faiz dəhlizinin yuxarı həddi isə 6,75 faiz səviyyəsində qalıb. Xatırladaq ki, faiz dәhlizinin parametrlәrinә dair növbəti qərarlarlar 18 iyun, 30 iyul, 17 sentyabr, 29 oktyabr, 17dekabr tarixlərində nəzərdə tutulub. Qeyd edək ki, 30 iyul vә 29 oktyabr tarixlәrindә qәrarın açıqlanması mәtbuat konfransı ilә müşayiәt olunacaq.
Maraqlıdır, Mərkəzi Bankın uçot dərəcəsini sabit saxlamasının kredit portfelinə təsiri nədən ibarət olacaq?
Sualımızı cavablandıran, bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov “Sherg.az”a söyləyib ki, Mərkəzi Bankın uçot dərəcəsi bazar faizlərinə ciddi təsir göstərmir:
“Çünki uçot dərəcəsi Mərkəzi Bankın banklara verdiyi faiz dərəcəsidir. İnkişaf etmiş ölkələrdə isə uçot dərəcəsini artıranda bazarda faizlər qalxır, endirəndə isə azalır. Çünki banklar Mərkəzi Bankdan krediti ucuz götürüsə ucuz, baha götürdüksə isə baha verir.
Ölkəmizdə isə bu mexanizm işləmir. Səbəbi isə odur ki, Azərbaycandakı hər bir bank Mərkəzi Bankdan kredit götürə bilmir.
Bunun şəffaf və birmənalı qaydası, mexanizmi yoxdur. Hər bank Mərkəzi Bankdan kredit götürə bilmədiyi üçün bu mexanizm işləmir. Bu baxımdan uçot dərəcəsinin sabit saxlanmasının ölkəmizdəki bankların kredit portfeli üçün əhəmiyyəti böyük deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm