SOCAR-dan Aİ-92 markalı benzinin qiyməti ilə bağlı AÇIQLAMA
Yusif Nəzərli
09:34 01.02.2022
İqtisadiyyat
461
Bu gündən etibarən Azərbaycana idxal edilən Aİ-92 markalı benzin gömrük rüsumundan azad olunur. Qeyd olunan benzin növü üçün hər 1 000 litr üçün gömrük rüsumu 15 faizdən 0 faizə, aksiz vergi dərəcəsi isə bir ton üçün 200 manatdan 1 manata endirilir.
Nəzərə alsaq ki, hazırda digər ölkələrdə Aİ-92 markalı benzinin qiyməti onun Azərbaycandakı dəyəri ilə müqayisədə yüksəkdir və əgər qeyd olunan dövr ərzində bu növ benzinin idxalını həyata keçirəcəyiksə, idxal hansı ölkələrdən baş tutacaq və dəyər fərqi necə tənzimlənəcək?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, hazırda müxtəlif ölkələrin şirkətləri ilə danışıqlar aparılır:
“Coğrafi yaxınlığına görə əsasən Xəzər hövzəsi və Qara dənizin hövzəsində yerləşən ölkələrdən idxal nəzərdən keçirilir. Zavodun dayandığı müddət üçün Aİ-92 markalı benzini bir neçə ölkədən idxal oluna bilər”.
Eyni zamanda, bu qısa və keçici dövr ərzində məsələnin şirkət tərəfindən necə tənzimlənəcəyi ilə bağlı da məlumat verən İbrahim Əhmədov əlavə edib ki, ümumilikdə, SOCAR bütün əməliyyatlarının hesabatını dövləti təmsil edən səlahiyyətli qurumlara - SOCAR-ın Müşahidə Şurası və Azərbaycan İnvestisiya Holdinqinə təqdim edir:
“Həmin qurumlar SOCAR-ın mənfəət və ya zərərindən irəli çıxan məsələlərlə bağlı strateji qərarları verir. Əgər idxal edilən benzinin qiyməti ilə ölkə daxilində benzinin satış tarifləri arasında ciddi bir fərq yaranarsa, bu məsələ dövlətin təyin etdiyi aidiyyəti qurumların nəzərinə çatdırılacaq. Lakin bir daha qeyd edim ki, Aİ-92 markalı benzinin idxalı, hər il olduğu kimi, bu il də müvəqqəti bir addım kimi həyata keçirilir və NEZ öz fəaliyyətini bərpa edəndən sonra Aİ-92 markalı benzinin ölkə daxilində istehsalı da bərpa olunacaq”.
Qeyd edək ki, hazırda Aİ-92 markalı avtomobil benzininin 1 litr üçün pərakəndə satış qiyməti Rusiyada 1,04 AZN, Ukraynada 1,91 AZN, Gürcüstanda 1,74 AZN-i təşkil edir. Azərbaycanda isə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 AZN-dir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Netanyahunu beynəlxalq axtarışa verir
16:46 21.08.2026
Dünya
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı