
Uçot dərəcəsinin azaldılması kreditləşmənin genişlənməsinə səbəb ola bilər -İqtisadçı
12:53 11.06.2025
İqtisadiyyat
487
Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot dərəcəsini azalda biləcəyini açıqlayıb.
"APA-Economics" xəbu barədə AMB-nin pul siyasəti qərarı ilə bağlı açıqlamasında bildirilib. Qeyd edilib ki, ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. İnflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalması növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün zəmin yarada bilər.
Qeyd edək ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar bu il iyul ayının 23-də veriləcək.
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert, Natiq Cəfərli bildirib ki, uçot dərəcəsinin azaldılması iqtisadiyyata birbaşa və dərhal təsir göstərməsə də, dolayı yolla kredit faizlərinə təsir edir:

“Azərbaycanda maliyyə sistemi spesifik xüsusiyyətlərə malik olduğundan, bu təsirin iqtisadiyyata ötürülməsi zaman alır. Mərkəzi Bank inflyasiya gözləntiləri yaxşılaşdıqca faiz dərəcələrini aşağı sala bilər ki, bu da kredit şərtlərini yumşalda bilər. Lakin bu dəyişikliklərin iqtisadi fəallığa təsiri dərhal deyil, mərhələli şəkildə baş verir. Uçot dərəcəsinin azaldılması bank sektorunda likvidliyin artmasına və kreditləşmənin genişlənməsinə səbəb ola bilər. Bu isə son nəticədə istehlak və investisiyalara müsbət təsir göstərə bilər. Ancaq bu təsir dərəcəsi yalnız monetar siyasət deyil, eyni zamanda bankların davranışı və bazar iştirakçılarının gözləntiləri ilə də bağlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya