
Üçüncü ildir ki, insanlar qazanc yerlərini itiriblər
Yusif Nəzərli
21:34 19.04.2023
İqtisadiyyat
797
Hökumət xüsusi karantin rejiminin müddətini yenə uzatdı. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 iyul saat 06:00-dək uzadılıb. Qeyd edək ki, bundan əvvəlki qərara əsasən, xüsusi karantin rejiminin müddəti mayın 1-dək uzadılmışdı.

İqtisadçı-ekspert Fuad İbrahimov “Şərq”ə açıqlamasında quru sərhədlərin açılmasının indiki reallıqda çox böyük sosial sifariş olduğunu deyib. İqtisadçının sözlərinə görə, hazırda quru sərhədlərin bağlı saxlanması üçün ciddi arqumentlər yoxdur. Əgər sərhədlərin qapalı qalmasının bizim bilmədiyimiz bir səbəbi varsa, bu, mütləq açıqlanmalıdır: “Aydın məsələdir ki, səbəb pandemiya deyil. Quru sərhədlərin bağlı qalması Azərbaycan kimi ölkələrdə əhalinin həyat tərzinə, məişətinə ciddi problem yaradır. İnsanlar daha aşağı qiymətə daha keyfiyyətli mal və xidmətlərə çıxış əldə edirdilər. Bu imkanlar tamamilə əldən çıxıb. Quru sərhədlərinin bağlı olmasına görə üçüncü ildir ki, insanlar qazanc yerlərini itirib. Kasıb təbəqə doğmalarını görməyə gedə bilmir. Bu vəziyyət heç dövlətə, iqtisadiyyata da sərfəli deyil. Həm dövlətin, həm də vətəndaşların iqtisadi mənfəəti baxımından karantin rejiminin uzadılması zərərdir”.
Azərbaycana gələn turistlərin böyük faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşür. Yəni Azərbaycana gələn hər 10 turistin 7-sinin vətəndaşlığı olduğu ölkə ilə quru sərhədlərimiz var. Bu baxımdan, quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olmaqla real sektora dəstək ola bilər.
Hava nəqliyyatı ilə turistik səfərlər quru yolla gediş-gəlişi heç vaxt kompensasiya edə bilməz. Qiymət, xərclər arasındakı fərq o qədər böyükdür ki, təyyarə reyslərinə üstünlük verilməsini düşünmək belə absurddur. Quru sərhədlər açılsa, sərhədyanı bölgələrdə də hərəkətlilik yaranacaq, iqtisadi vəziyyət normallaşacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol